Qadın və kişi
bənzərsizliyi
Hər bir insan unikal
və təkrarolunmaz varlıqdır. Dünyada eyni oxşarlıqda adam tapmaq
qeyri-mümkündür. Buna
baxmayaraq, insanlar arasında dərhal nəzərəçarpan fərqlər
də mövcuddur.
Bu, kişi ilə qadın arasındakı bənzərsizlikdir.
Onların arasında xarici
bənzərsizlikdən savayı,
daxili bənzərsizlik
də mövcuddur.
Daxili bənzərsizlik dedikdə
qadın və kişilərin eyni adlı daxili orqanlarının bir qədər fərqli fəaliyyət göstərməsi
başa düşülür.
Elə buna görə də onların maddələr mübadiləsinin
intensivliyi, tənəffüs
və ürək yığılmalarının tezliyi,
qan tərkibi və habelə qavrama, məntiq və intuisiya, temperament, sinir sistemi, müşahidə qabiliyyəti
və bir çox digər xüsusiyyətləri fərqlidir.
Bununla bərabər, tipik olmayan qadın
və kişilərə
də təsadüf edilir: onlar özlərinin
hərəkətlərində kişiləri xatırladan
qadınlar və özlərini qadın kimi aparan kişilərdir.
Kişi ilə qadın arasındakı bənzərsizlik
fizioloji əlamətlərdən
daha çox psixoloji əlamətlərə
görədir. Qadın psixologiyasını dərk etmək üçün onların
möminlik psixologiyası
öyrənilməlidir. Lakin hələ qadını başa düşmək üçün hətta səy də göstərilməmişdir. İndiyədək psixologiya elmi
daha çox kişilərin öyrənilməsi
ilə məşğul
olmuşdur. Məhz buna
görə də alimlər siçovulları
öyrənir və siçovulların da köməyi ilə kişilər barədə
nəticəyə gəlirlər.
Qadın və kişi psixologiyaları
arasındakı fərq
nədən ibarətdir?
Müasir elm son yüz ildə çox mühüm kəşf etmişdir. Məlum olmuşdur
ki, insanın bir yox, iki
şüuru vardır.
İnsanın şüuru beyinin
iki yarımkürələrinə
- sağ və sol yarımkürələrə ayrılmışdır.
Sağ yarımkürə
insanın diaqonal üzrə sol əli ilə, sol yarımkürə
isə sağ əli ilə əlaqədardır.
Qadınlar beyinin sağ yarımkürəsi, kişilər isə sol yarımkürəsi ilə idarə olunurlar. Kişilər əsrlər boyu qadınları idarə etmişlər. İndi də bəzi qadınlar bunun əleyhinə çıxır. Həmin qadınlar mahiyyət etibarilə kişiləri xatırladırlar. Onlar kişilər kimi hər bir məsələdə məntiqə əsaslanırlar, mübahisə etməyi xoşlayırlar, öz xeyrini biləndirlər. Çox ehtimal ki, qadınlar hakimiyyətdə kişilərin yerini dar edəcəklər. Qadınların hakimiyyət uğrunda mübarizəsi qələbə ilə başa çatandan sonra artıq onlar kişiləşəcək və sol yarımkürənin imkanlarından istifadə edəcəklər. Mübarizə aparmaqdan ötrü haqq-hesab çürütməyi bacarmaq, kişilərlə yarışa girmək üçün isə onlar kimi aqressiv olmaq lazımdır. Dünyanın qadın azadlıq hərəkatında məhz həmin aqressivlik müşahidə olunur.
Feminizm hərəkatına qoşulmuş
qadınlar davakar varlığa çevrilir və nəticədə incəliklərini,
habelə anadangəlmə digər xüsusiyyətlərini
itirirlər. Onlar bilirlər ki, kişilərlə mübarizə aparmaq üçün əks
cinsi hərtərəfli öyrənməli,
özlərini kişilər kimi
aparmağı bacarmalıdırlar. Məlum həqiqətlərdən
biri də odur ki, insan mübarizə
apardığı adamın bütün təhlükəli
cəhətlərinə yiyələnməyi bacarmalıdır.
Bu, bəşəriyyətin böyük problemlərindən biridir. Bir adam
digər adam ilə mübarizəyə
girişəndə analoji mübarizə
üsullarını, analoji taktikanı mənimsəməlidir.
Düşmənə (burada kişi nəzərdə tutulmur)
yalnız bu yol ilə
qalib gəlmək mümkündür.
Qalib gələn kəs bir
qədərdən sonra özü
öz düşməninə çevrilir. Yalnız səthi tərəflər
dəyişir, insanın daxilindəki qarşıdurmalar
qalır.
Qarşıdurma insanın daxilindədir. Əgər o, insanın daxilində yoluna qoyulmursa, həmişəlik qalır. Münaqişənin yəni qarşıdurmanın həlli insanın öz daxilində, iki yarımkürənin arasında qalmaqda davam edir.
Beyinin sağ yarımkürəsi intuisiyaya, irrasionallığa, məntiqsizliyə, poetikliyə, platonikliyə, romantikliyə, möminliyə, anlaşılmazlığa, sol yarımkürə isə məntiqiliyə, rasionallığa, riyazi, elmi təxəyyülə, intellektuallığa cavabdehdir. Hər iki yarımkürə arasında həmişə qarşıdurma var. İnsanın ən böyük siyasəti də insanın öz daxilindədir. İnsan bunu anlaya bilmir, anlayanda isə hər iki yarımkürə arasında güzəştli vəziyyət yaratmağa çalışır.
Qeyd etdiyimiz kimi, sol əl sağ yarımkürə ilə: intuisiya, təxəyyül, mistika, poeziya, din ilə əlaqədardır. Cəmiyyət sağəllilər üçün yaradılmışdır, sağ əl isə sol yarımkürə ilə əlaqədardır. Körpələrin on faizi solaxay doğulur. Güman edilir ki, ilk zamanlar uşaqların əlli faizi solaxay imiş.
Kişi təbiətinə sanqvinstik və melanxoliklik temperamentləri xasdır. Qadınlar isə mütəhərrikdirlər, hisslərini coşqunluqla büruzə verirlər. Ovqatlarının sürətlə dəyişməsi qadınlara xas cəhətlərdir. Bədbəxt qadın davakar olur.
Kişi qətiyyətliliyi və risk meyilliliyi qadın ehtiyatlılığı ilə, kişi sərtliyi qadın mülayimliyi ilə, kişinin bir çox məişət məsələlərinə etinasız münasibəti qadının yüksək estetik tələbləri ilə yaxşı tamamlanır.
Qadınlar kişilərə nisbətən çox emosionaldırlar. Kişilər isə öz emosiyalarını cilovlaya bilirlər. Onlar cəzalandırılmalarını xoşlamırlar, işdə və evdə olan qarşıdurmalara və neqativ hallara nifrət bəsləyirlər. Qadın istəyəndə gülməyi, istəyəndə də ağlamağı bacarır. Qadınlarda təsəvvüretmə qabiliyyəti, fantaziya çox güclüdür. Onlar adamı mimikasına, jestinə, baxışına görə asanlıqla anlayırlar. Bunun sirri qadınların incə intuisiyasındadır. Ona görə də qadını aldatmaq çox çətindir. Qadın isə kişini asanlıqla aldada bilir. O çox vaxt susur ki, kişi ilə münasibətlərini gərginləşdirməsin.
Qadınlar qavrama tezliyinə görə kişilərdən çox üstündürlər. Qadınlar mətni kişilərə nisbətən daha tez oxuyur və oxuduqlarını bütün təfsilatı ilə kişilərdən yaxşı mənimsəyirlər və yadda yaxşı saxlayırlar.
Qadın geyinərkən əvvəlcə köynəyini, sonra isə şalvarını geyir. Kişilərdə bu ardıcıllıq əksinədir.
Qadınlar siqareti dişləri arasında əzmirlər, həmişə əllərində saxlayırlar. Qadın əsnəyərkən ağzını yumruğu ilə deyil, ovucu ilə qapayır. Qadın nəsə bir şeyi tulazlamaq istəyəndə əlini yana yox, dala aparır. Zərif cinsin nümayəndəsi əl-ələ salamlaşanda əlini boş qoyur. Çağırışa cavab əlaməti olaraq qadın adətən başını çevirir. Kişi isə boynunu az döndərə bildiyi üçün bütün bədənini döndərməli olur.
Qadınlar dağdan düşərkən və dağa qalxarkən çəpinə hərəkətə üstünlük verirlər. Elə hallarda kişilər ayaqlarını geniş açırlar. Qadınlar qulaqlarını barmaqları ilə, kişilər isə ovucları ilə tıxayırlar.
Qadınlar əlcəklərini küçəyə çıxmazdan qabaq taxırlar. Qadınları kişilərdən fərqləndirən bir çox digər xüsusiyyətlər də var. Məsələn, kişinin zəiflik göstərdiyi, qadına vurulduğu hallarda. Eşqə düşmüş kişi başını tez itirir və nə etdiyini bilmir. Qadın isə belə hallarda daha dərrakəli olur. O, nə edəcəyi və necə edəcəyi barədə xeyli düşünüb-daşınır, ağlını axıradək itirmir. Görünür, bu özünümühafizə mexanizmini ona yaradan özü verib.
Kişi onu
çulğamış hisslərdən azad
olan kimi heç dala baxmadan da
çıxıb getməyə üstünlük
verir. Bu isə kişinin beyin
yarımkürəsinin cismani hisslərdən
ağlabatan hərəkətə
keçməsi deməkdir. Kişi hansısa bir mühüm
məsələnin həlli barədə düşünəndə
qadın onun diqqətini
yayındırmamalı, hətta özünə qarşı
incə hisslər bəslənməsini tələb etməməlidir.
Çünki iki işi birdən görmək mümkünsüzdür.
Qadınlar isə eyni zamanda
həm hisslərini izhar etməyi, həm
də hər hansısa bir iş
görməyi bacarırlar. Onların təbiətən verilmiş keyfiyyətləridir. Bu keyfiyyət onların uşaq
tərbiyəsi zamanı çox kara gələndir. Qadınlar eyni zamanda həm ciddi, həm də mehriban ola bilirlər.
Onlar hətta uşağı cəzalandıranda da ana mehribanlığını
saxlayırlar. Çağa ağlamağa başlayanda
qadın dərhal onun kiriməsi üçün nə etmək lazım olduğunu bilir.
Beləliklə, qadın
və kişi
digərinin zəiflik
göstərdiyi anlarda
bir-birinin qarşılıqlı
yardımçısına çevrilir və xoşbəxt həyat üçün zəmin yaradır.
Həyat elə qurulub ki, kişisiz, yaxud qadınsız ailə normal ailə hesab edilmir.
Arif HÜSEYNOV
Azərbaycan.- 2010.-20
iyun- S. 6.