İslam ölkələrindən
olan Müşavirlər Federasiyası Baş
Assambleyasının 24-cü iclası keçirilmişdir
İyunun 21-də İslam İnkişaf Bankının İslam maliyyəçiliyinə dair 5-ci Qlobal Forumu çərçivəsində İslam ölkələrindən olan Müşavirlər Federasıyası Baş Assambleyasının 24-cü iclası keçirilmişdir.
Federasiyanin prezidenti İzzət Səcdi qurumun 2009-cu ildə İstanbulda keçirilmiş 23-cü iclasından ötən müddət ərzində görülmüş işlər barədə məlumat vermişdir.
Müxtəlif regionların nümayəndələrinin hesabatları dinlənilmişdir.
Təşkilati məsələyə baxılmış, Misir nümayəndəsi Həsən Sadiqi yeni yaradılmış 9-cu region üzrə federasiyanın vitse-prezidenti seçilmişdir.
Federasiyada
ölkəmizi təmsil edən Azərbaycan Xüsusi Layihə
Araşdırmaları Şirkətinin direktoru İbrahim Məmmədzadə
AzərTAc-ın müxbirinə demişdir ki, Müşavirlər
Federasiyası İslam İnkişaf Bankının vacib
qurumlarından biridir. Ölkəmiz İslam İnkişaf
Bankından infrastruktur layihələri üçün
çoxlu maliyyə vəsaiti alır. Bankın şərtləri
yüngüldür. Bu gün su təsərrüfatı və
yol layihələrində İslam İnkişaf
Bankının rolu böyükdür. Bu işdə federasiya
da mühüm rol oynayır. Federasiyada təmsil olunan
Türkiyə, İran və Pakistan şirkətləri əsasən
Azərbaycanda çalışırlar. Bəzi yol layihələrində
ərəb şirkətləri də vardır. Mən on iki
ildən artıqdır ki, federasiyada ölkəmizin Xüsusi
Layihə Araşdırma şirkətinin nümayəndəsiyəm.
İslam İnkişaf Bankı, onun Müşavirlər
Federasiyası vasitəsilə Azərbaycana layihələrin
icrası üçün lazım olan yeni texnologiyalar, yeni
yanaşmalar, yeni idarəetmə prinsipləri gətirmişik.
Azərbaycan.- 2010.-22
iyun- S. 2.