Yaşıl dünya
naminə
Son illər planetimizdə baş verən təbii fəlakətlər, qlobal istiləşmə, daşqınlar, torpaq sürüşmələri və digər kataklizmlər hamını narahat etməkdədir. Bəlkə də bütün bunlar təbiətin hədsiz istismarına, insafsızlığa etiraz əlamətidir. Gəlin etiraf edək ki, biz təbiətdən daha çox şey götürməyə tələsirik. Bugünkü həyatımızı daha firavan qurmaq üçün təbii ehtiyatlardan israfçılıqla istifadə edir, götürdüyümüzün yerini doldurmağa təşəbbüs belə göstərmirik. Nəticədə ekoloji tarazlıq pozulur.
Ətraf mühitin saflaşdırılmasında, mühafizəsində meşələrin, yaşıllıqların rolu ölçüyəgəlməz dərəcədə böyükdür. Hazırda bu mühüm məsələ ilə bağlı respublikamızda ardıcıl tədbirlər həyata keçirilir. Prezident İlham Əliyevin 2010-cu ili "Ekologiya ili" elan etməsi mövcud problemlərin həllində mühüm stimuldur. Təbiətin mühafizəsinin gücləndirilməsində, bununla bağlı maarifləndirmə işinin genişləndirilməsində kütləvi informasiya vasitələrinin üzərinə mühüm vəzifələr düşür. Bu işin öhdəsindən bacarıqla gəlmək üçün isə jurnalistin özünün ekoloji aləmdə baş verən hadisələri nə dərəcədə bilməsindən, yeniliklərlə maraqlanmasından çox asılıdır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin iyunun 19-da ölkənin kütləvi informasiya vasitələrinin 40-dan çox əməkdaşının iştirakı ilə "Ekologiya-2010 - yaşıl dünya naminə" devizi ilə Hirkan Milli Parkında keçirdiyi tədbir mühüm əhəmiyyət kəsb edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi mətbuat xidmətinin rəhbəri İradə İbrahimova tədbirin keçirilməsi zəruriyyəti barədə məlumat verdi. Hirkan Milli Parkı direktorunun elmi işlər üzrə müavini Hacağa Səfərov jurnalistlərə bildirdi ki, respublikamızın cənub-şərqində, Xəzər dənizi sahilində, Lənkəran və Astara inzibati rayonlarının ərazisində yerləşən parkın ümumi sahəsi 21 min 435 hektardır. Park çoxlu sayda bitki növlərinin mövcud olduğu nəhəng təbiət muzeyidir. Zəngin flora və faunası ilə seçilən bu ərazi ilk dəfə olaraq 1936-cı ilin dekabrında Hirkan qoruğu adı ilə yaradılıb. İlk vaxtlar onun sahəsi 886 hektar olub, sonralar isə 15 min hektaradək genişləndirilib. 1951-ci ildə ləğv edilən qoruq 1958-ci ildə Lənkəran qoruğu adı altında bərpa edilib. 1961-ci ildən Qızılağac qoruğunun filialına çevrilib, ərazisi isə 3 min 109 hektar azaldılıb. 1967-ci ildə Xanbulançay su anbarının inşası ilə əlaqədar Hirkan qoruğunun ərazisi daha 140 hektar məhdudlaşdırılıb. 1969-cu ildən başlayaraq yenidən müstəqil qoruq kimi fəaliyyət göstərir.
2004-cü il fevralın 9-da Prezident İlham Əliyevin sərəncamı ilə Hirkan Milli Parkı yaradılıb. Hazırda park Hirkan qoruğunun və əlavə olaraq qoruğa bitişik meşə fondunun ərazisini əhatə edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təklifi əsasında Hirkan Milli Parkı YUNESKO-nun tərtib etdiyi "Ümumdünya Mədəni və Təbii İrs Siyahısı"na daxil edilməsi üçün qeydiyyata alınmışdır. Bunun səbəbi isə parkın həqiqətən də dünyəvi əhəmiyyətə malik olmasıdır. Milli Parkın aşağı hissəsi, əsasən, şabalıdyarpaq palıd, dəmirağac, vələs, ipək akasiya, Xəzər lələyi, Hirkan ənciri, Qafqaz xurması və s. ağacların üstünlük təşkil etdiyi meşələrdir. Hündürlüyə qalxdıqca dəmirağac, qismən də şabalıdyarpaq palıd azalır, onları fıstıq meşələri əvəz edir.
Hirkan Milli Parkında 100-dən çox təbiət və mədəniyyət abidəsi var. Ən məşhur təbii meşə abidələrindən biri Astara rayonunun Züngüləş kəndi yaxınlığında yerləşir.
Hirkan faunası da özündə hələ çox sirlər və möcüzələr saxlamaqdadır. Burada 47 növ məməli (7 növü Azərbaycanın "Qırmızı kitab"ına, 11 növü Ümumdünya "Qırmızı kitab"ına daxil edilib), 118 növ quş, 22 növ sürünən, 9 növ amfibiya, 16 növ balıq, 250 növ kəpənək, 83 növ bal arısı, 27 növ arı və s. mövcuddur.
Parkda keçən
il 400-ə yaxın turist olub. Onlar yaradılmış
7 marşrutla gəzərək
Hirkan Milli Parkının flora və faunası ilə yaxından
Kütləvi informasiya
vasitələrinin nümayəndələri
Milli Parkın ərazisini də gəzdi, buranın zəngin təbiəti ilə yaxından
Seyran CAVADOV
Azərbaycan.- 2010.- 22 iyun- S. 6.