Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin ölkəmizdə yeni rezident-əlaqələndiricisi Fikrət Akçuranı qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 22-də BMT-nin ölkəmizdə yeni rezident-əlaqələndiricisi Fikrət Akçuranı qəbul etmişdir.

Dövlət başçısı Fikrət Akçuranı BMT-nin Azərbaycanda rezident-əlaqələndiricisi kimi fəaliyyətə başlaması münasibətilə təbrik etmişona işində uğurlar arzulamışdır. Azərbaycan ilə BMT arasında əlaqələrin sürətlə inkişaf etdiyini vurğulayan Prezident İlham Əliyev əməkdaşlığımızın bundan sonra da genişlənəcəyinə əmin olduğunu bildirmişdir.

Fikrət Akçura demişdir ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin söylədiyi kimi, Türkiyə ilə Azərbaycan bir millət, iki dövlətdir və qardaş Azərbaycanda BMT-nin rezident-əlaqələndiricisi vəzifəsinə təyin olunmasından qürur duyur. O, dövlətimizin başçısını əmin etmişdir ki, BMT ilə Azərbaycan arasında əməkdaşlığın bundan sonra da genişlənməsi istiqamətində səylərini əsirgəməyəcəkdir.

Fikrət Akçura BMT-nin baş katibi Pan Gi Munun məktubunu Prezident İlham Əliyevə çatdırmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 23 iyun- S.  1.