Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında

 

Azərbaycan Respublikası Milli Məclisinin Qərarı

 

1. Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 10-cu bəndinə, 131-ci maddəsinin II hissəsinə, "Məhkəmələr hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinin ikinci hissəsinə 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

1.1. 2010-cu il iyulun 21-də səlahiyyət müddəti bitən aşağıdakı hakimlər Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri təyin edilsinlər:

Allahverdiyev Qəhrəman Əli oğlu,

Dadaşov İlqar Ağababaş oğlu,

Əliyev Fərhad Kazım oğlu,

Əsədov Bağır Həbib oğlu,

Hidayev Şahmurad Əzizağa oğlu,

Hüseynov Azər Soltanhəmid oğlu,

Kalbalıyev Aslan Kalbalı oğlu,

Məmmədova Şəlalə Ağakərim qızı,

Mirzəliyev Əsəd Abdulla oğlu,

Mirzəyev Hikmət Abbas oğlu,

Rəsulbəyova Nigar İmran qızı,

Rüstəmov Əli Məhəmməd oğlu,

Şadıyev Ənvər Əhməd oğlu.

1.2. 2010-cu il avqustun 28-də səlahiyyət müddəti bitən aşağıdakı hakimlər Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri təyin edilsinlər:

Əliyev Ələsgər Əliabbas oğlu,

Kərimov Fərhad Abdulkərim oğlu,

Qoldman Tatyana Aleksandrovna,

Yusifov Şahin Yaşar oğlu.

1.3. 2010-cu il sentyabrın 2-də səlahiyyət müddəti bitən Hafiz Qəmbər oğlu Nəsibov Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi təyin edilsin.

1.4. Vəzifələrinin dəyişdirilməsi ilə əlaqədar olaraq Səadət İnayət qızı Bəktaşi Mehparə Tofiq qızı Əhmədova Bakı Apellyasiya Məhkəməsinin hakimləri vəzifəsindən, İmran Teymurxan oğlu Hacıqayıbov Şirvan Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək 2010-cu il avqustun 28-dən Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri təyin edilsinlər.

1.5. Vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar olaraq Gülzar Lətif qızı Rzayeva 2010-cu il avqustun 28-dən Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi təyin edilsin.

2. Bu Qərarın 1.1-ci bəndi 2010-cu il iyulun 21-dən, 1.2-ci, 1.4-cü 1.5-ci bəndləri 2010-cu il avqustun 28-dən, 1.3-cü bəndi 2010-cu il sentyabrın 2-dən qüvvəyə minir.

 

 

O.ƏSƏDOV,

Azərbaycan Respublikası

Milli Məclisinin Sədri

Bakı şəhəri, 22 iyun 2010-cu il

 

Azərbaycan.- 2010.-  23 iyun- S.  2.