Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında

 

Azərbaycan Respublikası Milli Məclisinin Qərarı

 

1. Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 10-cu bəndinə, "Məhkəmələr hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinin ikinci hissəsinə 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

1.1. 2010-cu il sentyabrın 2-də səlahiyyət müddəti bitən aşağıdakı hakimlər Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimləri təyin edilsinlər:

Allahverdiyev Əli Kərim oğlu,

Kuimova Vera Gennadiyevna,

Qurbanov Yusifəli Süleyman oğlu,

Məmmədov Fəxrəddin Rüstəm oğlu.

1.2. Vəzifələrinin dəyişdirilməsi ilə əlaqədar olaraq aşağıdakı hakimlər 2010-cu il sentyabrın 2-dən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimləri təyin edilsinlər:

Quliyev Vüqar Kərim oğlu,

Məmmədov Qabil Neymət oğlu.

2. Bu qərar 2010-cu il sentyabrın 2-dən qüvvəyə minir.

 

 

O.ƏSƏDOV,

Azərbaycan Respublikası

Milli Məclisinin Sədri

Bakı şəhəri, 22 iyun 2010-cu il

 

Azərbaycan.- 2010.- 23 iyun- S.  2.