Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”yə əlavə edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

 

Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, ¹ 7, maddə 443; 2006-cı il, ¹ 6, maddə 486, ¹ 11, maddə 927, ¹ 12, maddə 1013; 2007-ci il, ¹ 1, maddə 1, ¹ 5, maddə 441, ¹ 8, maddə 756, ¹ 11, maddə 1078; 2008-ci il, ¹ 3, maddə 155, ¹ 4, maddə 253; 2009-cu il, ¹ 6, maddə 399) ilə təsdiq edilmişDövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 45-1-ci maddə əlavə edilsin:

“45-1. Vergi orqanlarının vəzifəli şəxsləri xüsusi xidmətlərinə görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət təltifinə təqdim oluna bilərlər.”.

 

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 may 2010-cu il.

 

Azərbaycan.- 2010.-  24 iyun.- S.  2.