Azərbaycan Respublikası
Müdafiə Nazirliyinin həqiqi hərbi
xidmət hərbi qulluqçularının sosial
müdafiəsinin gücləndirilməsi tədbirləri barədə
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası
Müdafiə Nazirliyinin
həqiqi hərbi xidmət hərbi qulluqçularının sosial
müdafiəsini gücləndirmək,
sosial-məişət şəraitini
yaxşılaşdırmaq məqsədilə qərara
alıram:
1. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xidməti mənzilə və mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan həqiqi hərbi xidmət qulluqçuları üçün Bakı şəhərində xidməti yaşayış evlərinin tikintisinin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Bakı Şəhər İcra Hakimiyyətinə 5,0 (beş) milyon manat məbləğində vəsait ayrılsın.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 iyun 2010-cu il
Azərbaycan.- 2010.- 24 iyun- S.
2.