Xorvatiya Respublikasının Prezidenti zati-aliləri Cənab İvo Yosipoviçə

 

Hörmətli cənab Prezident!

Ölkənizin milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan-Xorvatiya münasibətləri, dostluq və əməkdaşlıq əlaqələrimiz xalqlarımızın rifahı naminə bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Xorvatiya xalqına əmin-amanlıq və rifah arzulayıram.

Hörmətlə,

 

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 22 iyun 2010-cu il

 

Azərbaycan.- 2010.-  25 iyun- S.  2.