Ş.Ş.Abdullayevin Azərbaycan
Respublikasının Küveyt Dövlətində Fövqəladə
və səlahiyyətli səfiri vəzifəsindən geri
çağırılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər
tutaraq qərara alıram:
Şahin Şakir oğlu
Abdullayev Azərbaycan Respublikasının Küveyt Dövlətində
fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən
geri çağırılsın.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 iyun 2010-cu il
Azərbaycan.- 2010.- 25 iyun.- S. 3.