L.S.Qəndilovun Azərbaycan Respublikasının Qazaxıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Lətif Seyfəddin oğlu Qəndilov Azərbaycan Respublikasının Qazaxıstan Respublikasında fövqəladə səlahiyyətli səfiri vəzifəsindən geri çağırılsın.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 iyun 2010-cu il

 

Azərbaycan.- 2010.-  25 iyun.- S.  3.