F.N.Bağırovun Azərbaycan
Respublikasının Misir Ərəb
Respublikasında fövqəladə və səlahiyyətli səfiri
və Ərəb Dövlətləri Liqası yanında daimi müşahidəçisi vəzifələrindən
geri çağırılması
haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini
rəhbər tutaraq qərara alıram:
Faiq Nüsrət oğlu Bağırov Azərbaycan
Respublikasının Misir
Ərəb Respublikasında
fövqəladə və
səlahiyyətli səfiri
və Ərəb Dövlətləri Liqası
yanında daimi müşahidəçisi vəzifələrindən
geri çağırılsın.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
24 iyun 2010-cu il
Azərbaycan.- 2010.- 25 iyun.- S. 3.