Xarici İşlər Nazirliyində
İyunun 24-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İraq Respublikasının ölkəmizdə yeni təyin olunmuş səfiri Heydər Şiya Qubeyşi əl-Bərrak ilə görüşmüşdür.
Xarici
İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a
bildirmişlər ki, etimadnamənin surətini nazirə təqdim
edən H.Şiya Qubeyşi əl-Bərrak ölkəmizdə
səfir təyin olunmasından məmnunluğunu diqqətə
çatdırmışdır. Ölkələrimiz
arasında bir sıra sahələrdə əməkdaşlığın
inkişafı üçün geniş potensialın
olduğunu vurğulayan diplomat İraq-Azərbaycan əlaqələrinin
genişləndirilməsi istiqamətində
çalışacağını bildirmişdir. Nazir E.Məmmədyarov
Azərbaycanda səfir təyin olunması münasibətilə
H.Şiya Qubeyşi əl-Bərrakı təbrik etmiş,
ölkələrimiz arasında əlaqələrin intensivləşdirilməsi
üçün mövcud imkanlardan səmərəli istifadə
edilməsinin məqsədəmüvafiqliyini
vurğulamışdır.
* * *
İyunun 24-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avstriya-Azərbaycan Ticarət Palatasının üzvü Qabriel Lanski və AŞPA-nın sabiq sədri, Beynəlxalq Sülh İnstitutunun direktoru Piter Şider ilə görüşmüşdür.
Xarici
İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a
bildirmişlər ki, görüşdə tərəflər
Azərbaycan-Avstriya əlaqələrinin cari vəziyyətini
və inkişaf perspektivlərini müzakirə etmiş,
ölkəmizdə Avstriyanın səfirliyinin
açılmasının iqtisadi, mədəni və digər
sahələrdə münasibətlərin daha da
inkişafına təkan verəcəyini
vurğulamışlar. Azərbaycan ilə Avstriya arasında əlaqələrin
inkişafı üçün geniş potensialın
olduğu və bundan səmərəli istifadə edilməsinin
məqsədəmüvafiqliyi bildirilmişdir.
Görüşdə qarşılıqlı maraq doğuran
digər məsələlər ətrafında da fikir
mübadiləsi aparılmışdır.
Azərbaycan.- 2010.- 25 iyun- S. 6.