Bakıda ticarətin maliyyələşdirilməsi
üzrə Beynəlxalq İslam Korporasiyası Baş
Assambleyasının 5-ci iclası
İyunun 24-də İslam İnkişaf Bankının (İİB) İslam maliyyəçiliyinə dair 5-ci Qlobal Forumu çərçivəsində ticarətin maliyyələşdirilməsi üzrə Beynəlxalq İslam Korporasiyası Baş Assambleyasının 5-ci iclası keçirilmişdir.
İclasda 2009-cu maliyyə ili üçün Korporasiyanın illik hesabatı müzakirə olunmuş, audit edilmiş maliyyə hesabatları təsdiqlənmiş, 2009-cu maliyyə ilinə olan mənfəət və zərər hesabı üzrə balansın ümumi ehtiyata keçirilməsinə razılıq verilmiş Price Waterhouse Coopers Al Juraid 2011-ci maliyyə ilinə Korporasiyanın xarici auditoru təyin edilmiş, Küveyt dövlətinin Korporasiyanın səhm kapitalında payı 40 milyon ABŞ dolları artırılmışdır.
Korporasiyanın Direktorlar Şurasına üzvlər, 6-cı illik toplantı üçün İran İslam Respublikasının nümayəndəsi isə sədrin müavini seçilmişlər.
Baş
Assambleyanın 6-cı görüşü 2011-ci il 31 may - 1
iyunda İslam İnkişaf Bankının Müdirlər
Şurasının 36-cı illik toplantısı ilə bərabər
Yəmən Respublikasının Səna şəhərində
keçiriləcəkdir.
Azərbaycan.- 2010.- 25
iyun- S. 7.