İslam İnkişaf
Bankının müxtəlif qurumlarının illik
toplantıları keçirilmişdir
İyunun 24-də İslam İnkişaf Bankının (İİB) İslam maliyyəçiliyinə dair 5-ci Qlobal Forumu çərçivəsində müxtəlif qurumların illik toplantıları keçirilmişdir.
İnvestisiya
və İxrac Kreditlərinin Sığortası üzrə
İslam Korporasiyasının Müdirlər
Şurasının 17-ci illik toplantısında 2008-2009-cu
maliyyə ili üzrə illik hesabat, 2008-2009-cu maliyyə ili
üzrə audit olunmuş maliyyə hesabatları təsdiq
edilmiş, 2010-2011-ci maliyyə ilinə xarici auditor
seçilmiş, Korporasiyanın yeni sığorta xidmətlərinin
təqdimi ilə əlaqəli Razılaşma Sazişinə
dəyişikliklər olunmuşdur.
* * *
İnkişaf üzrə İslam Həmrəylik Fondu Müdirlər Şurasının 3-cü illik toplantısında fondun 2009-cu il üçün hesabatı və audit olunmuş hesabları, 2011-2012-ci maliyyə ili üçün fonda xarici auditorun təyin edilməsi, fond üçün resursların səfərbər edilməsi məsələləri müzakirə olunmuşdur.
Fondun
Direktorlar Şurasının təklifi ilə Price Waterhouse
Coopers və KPMG - Al Fozan Al Sadhan şirkətləri
2011-2012-ci illər üçün xarici auditorlar təyin
edilmişdir.
Azərbaycan.- 2010.- 25 iyun- S.
7.