Azərbaycan Prezidenti
İlham Əliyevin Lənkəran və Lerik rayonlarına səfəri
Azərbaycanın bütün
bölgələri, o cümlədən Lənkəran
böyük sürətlə inkişaf edir
Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət
Azərbaycan Prezidenti İlham Əliyev iyunun 25-də Lənkəran rayonuna gəlmişdir.
Respublikamızın digər rayonlarında olduğu kimi, Lənkəranda da regionların sosial-iqtisadi inkişafı dövlət
proqramlarına uyğun
olaraq geniş abadlıq və quruculuq işləri aparılır. Bunun nəticəsidir ki, rayonda ümumi məhsul istehsalının
həcmi 2003-cü illə
müqayisədə 2009-cu ildə
2,9 dəfə artaraq 175 milyon manatdan çox olmuşdur. Kənd təsərrüfatı məhsulunun
həcmi 2,5 dəfə
artaraq 77,1 milyon manata çatmış, sənaye məhsulunun həcmi 2 dəfə artmış, əsas kapitala yönəldilən
investisiyalar 3,1 dəfə
çoxalmışdır. Tikinti-quraşdırma işlərinin
həcmi 3,7 dəfə artaraq 22,7 milyon manat təşkil
etmişdir.
Rayonda 2003-cü ildən
2010-cu ilin iyununa qədər 14 min 451-i daimi
olmaqla, 25 min 790 yeni iş yeri açılmışdır.
Dövlətimizin başçısı
Heydər Əliyev adına mədəniyyət
və istirahət parkında ulu öndərin abidəsini ziyarət edərək gül dəstəsi qoydu.
Lənkəranlıların sevimli istirahət guşələrindən olan
parkda orijinal fəvvarələr yaradılmış,
dekorativ gül kolları və ağaclar əkilmiş, çəmənlik salınmış,
müasir işıqlandırma
sistemi quraşdırılmışdır. Burada uşaqların əylənməsi
üçün də gözəl şərait vardır.
AzərTAc
Azərbaycan.- 2010.- 26 iyun- S.
1.