Lənkəran rayon
ictimaiyyətinin nümayəndələri ilə görüş
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev iyunun
25-də Lənkərana səfəri çərçivəsində
konserv zavodunun
açılışından sonra rayon ictimaiyyətinin nümayəndələri
ilə görüşmüşdür.
Prezident İlham ƏLİYEV rayon sakinlərini təbrik edərək dedi:
- Sizi ürəkdən salamlayıram. Bu, Lənkəranda əlamətdar hadisədir. Yeni, gözəl konserv zavodu açılır. Bu, çox gözəl bir hadisə onu göstərir ki, Azərbaycanın bütün bölgələri, o cümlədən Lənkəran rayonu inkişaf edir. Belə müasir zavodun tikilməsi, şübhəsiz, rayonun iqtisadiyyatına yeni təkan verəcəkdir. Burada ən qabaqcıl texnologiyalar tətbiq olunub, fermerlərə ən gözəl xidmət göstəriləcəkdir. Həm istehsalın artırılması, həm də keyfiyyətli məhsulun istehsalı üçün burada bütün şərait vardır.
Zavod, əlbəttə ki, Lənkəranda sənayenin inkişafına böyük xidmət göstərəcəkdir və nəinki bu rayonda, eyni zamanda, bölgədə, bütün cənub zonasında kənd təsərrüfatının inkişafına təkan verəcəkdir. Çünki fermerlər artıq öz məhsullarını bu zavoda gətirib təhvil verəcəklər, pulunu alacaqlar və beləliklə, kənd təsərrüfatının inkişafı daha da sürətlə gedəcəkdir. Belə zavodların Azərbaycanda yaradılması çox əlamətdar hadisədir, aparılan iqtisadi siyasətin nəticəsidir. Bütün bölgələrdə, bütün rayonlarda quruculuq, abadlıq işləri aparılır, yeni müəssisələr yaradılır. İndi dünyada hökm sürən maliyyə böhranı iqtisadi inkişafa böyük dərəcədə maneçilik törədir. Ancaq bu böhranlı illərdə Azərbaycanda yeni, müasir zavodların istifadəyə verilməsi özlüyündə bir göstəricidir.
Biz iqtisadi gücümüzü artırmalıyıq. Xüsusilə qeyri-neft sektorunun, kənd təsərrüfatının, sahibkarlığın və Azərbaycanın gələcək inkişafı bu istiqamətdə davam etməlidir. Çünki bizim artıq güclü maliyyə bazamız, iqtisadi potensialımız vardır. Elə etməliyik ki, bütün bölgələrdə yeni, müasir zavodlar yaransın.
İstehsal sahələri hər bir ölkənin inkişafında aparıcı rol oynayan bir sahədir. İstehsal sahələri həm yerli istehsal, həm də iş yerləri, məşğulluq, ərzaq təhlükəsizliyi deməkdir. Bu zavodda istehsal olunacaq məhsullar Azərbaycan bazarında, xaricdə satılacaqdır. Həm sahibkarlar, fermerlər bundan fayda götürəcək və həm də bütün ölkəmiz. Böyük məbləğlərdə, milyonlarla ölçülən investisiyalar qoyulur. Yəni sahibkarlarda inam var ki, Azərbaycanda bütün iqtisadi məsələlər, investisiyaların qorunması məsələləri gələcəkdə də lazımi səviyyədə qorunacaqdır.
Ona görə mən gəldim ki, sizinlə görüşüm, bir də, bu zavodun açılışında şəxsən iştirak edim. Sizə, lənkəranlılara yeni uğurlar arzulayıram. Lənkəran rayonu çox uğurla inkişaf edir. Rayonda çox böyük işlər görülür. Həm sənaye infrastrukturu, həm sosial infrastruktur yaradılır, tibb məntəqələri, məktəblər, idman qurğuları, sənaye müəssisələri, turizm obyektləri - yəni bütün sahələrdə inkişaf vardır. İndi Bakı-Astara avtomobil yolunun tikintisi davam edir. Yolun tikintisi imkan verəcək ki, bütün cənub bölgəsinin Bakı ilə çox gözəl əlaqəsi yaransın. Rahat, dünya səviyyəli bir yol olacaqdır. Lənkəran aeroportu fəaliyyət göstərir, artıq Lənkəran-Moskva beynəlxalq reysləri yerinə yetirilir. Bu da çox gözəl hadisədir. Aeroportun yenidən qurulması artıq konkret nəticələrə gətirib çıxarıb. İnsanlar birbaşa Lənkərandan, cənub zonasından Moskvaya uçurlar, daha Bakıya gəlmirlər.
Ümumiyyətlə, iqtisadi və sosial siyasətimiz bütün sahələrdə və hər bir bölgədə, hər rayonda öz nəticəsini verir. Lənkəranın inkişafı göz qabağındadır. Lənkəranlılar da bunu yaxşı bilirlər və Lənkərana qonaq gələn insanlar bunu görürlər. Mən çox şadam ki, burada bütün işlər çox uğurla və yüksək keyfiyyətlə aparılır. Sizi bütün bu uğurlar münasibətilə, zavodun açılması münasibətilə təbrik edirəm və lənkəranlılara yeni uğurlar arzulayıram.
* * *
Lənkəran sakini Fərman QULİYEV dövlətimizin
başçısına müraciətlə
dedi:
- Möhtərəm
cənab Prezident, Lənkərana gəlişiniz
münasibətilə rayonumuzun
ictimaiyyəti adından
"Xoş gəlmisiniz"
deyirəm, salamlayıram.
Ulu öndərimiz Heydər Əliyev Lənkərana həmişə yüksək
diqqət və qayğı göstərmişdir. Bu gün
fərəhləndirici haldır
ki, Siz bu
adət-ənənələri davam etdirib Lənkərana
7 il müddətində
yeddinci dəfədir gəlmisiniz. Lənkəran, həqiqətən, Sizin buyurduğunuz kimi, inkişaf etmişdir. İndi cənub bölgəsinin
iqtisadi, mədəni və elmi cəhətdən
inkişaf etmiş bir rayonudur.
Lənkəranda indi möhtəşəm
süd zavodunun yaradılması, çay
fabrikinin, dondurma istehsalı müəssisəsinin,
"Palsüd" zavodunun
tikilməsi Sizin sahibkarlığa olan diqqətinizin, məhəbbətinizin,
qayğınızın nəticəsidir. Bu, yeni iş yerlərinin açılması, əhalinin
firavan yaşaması deməkdir. Bundan əlavə, Sizin
təklifinizlə və
qayğınızla yaradılmış
Olimpiya-İdman Kompleksi,
Lənkəran Müalicə-Diaqnostika
Mərkəzi - bütün
bunlar bizim bölgənin inkişafında
böyük rol oynayır. Lənkəranda
Dövlət Dram Teatrı,
musiqi məktəbləri,
muzeylər bizim zəngin mədəniyyəti
yaşadır. Lənkəranda
Dövlət Universitetinin,
Pedaqoji Kollecin, Tibb Məktəbinin yaradılması ətraf rayonlardan minlərlə gəncin gəlib burada təhsil alması üçün
şərait yaratmışdır.
Bütün bunlara görə
Sizə lənkəranlıların
dərin təşəkkürünü
bildiririk.
Fürsətdən istifadə edib, Lənkərana, lənkəranlılara
həmişə diqqət
və qayğı göstərən xalqımızın
sevimli qızı Mehriban xanım Əliyevaya təşəkkürümüzü,
minnətdarlığımızı bildiririk. Allah Sizi var eləsin. Biz həmişə Sizi dəstəkləyirik və
həmişə Sizin yanınızda olacağıq. Biz Sizin siyasətinizi ürəkdən bəyənirik.
Sizə uğurlar, uzun ömür arzulayırıq.
Prezident İlham
ƏLİYEV: - Çox sağ olun. Siz Lənkəranda son illər
ərzində açılan
müəssisələr, obyektlər
haqqında danışdınız.
Doğrudan da, bu qısa müddət ərzində bütün
sahələrdə çox
böyük işlər
görülüb. Olimpiya Kompleksi
ölkəmizdə olimpiya
kompleksləri arasında
birincilərin sırasındadır.
Ondan sonra birinci Müalicə-Diaqnostika
Mərkəzi Lənkəranda
tikildi. İdman qurğuları, zavodlar,
fabriklər, həm sosial infrastruktur, həm iqtisadi müəssisələr, sənaye
müəssisələri.
Yəni, Lənkəran hərtərəfli
inkişaf edir. Lənkəran gözəlləşib, abadlaşıb,
tarixi bir şəhərdir, tarixi diyardır, gözəl təbiəti vardır.
Turizm üçün də gözəl imkanlar vardır. Burada mehmanxanalar da
vardır, mən keçən dəfə gələndə olmuşam,
daha da çox
tikilməlidir.
Yeni yol çəkilir. Bakı ilə
Lənkəran arasında
məsafə də qısalacaqdır. Çünki yeni xətt açılır. Bundan sonra
aeroport tikilib. Özü də beynəlxalq aeroport. Heç vaxt Lənkəranda
beynəlxalq aeroport olmayıb. Bilirsiniz, sovet vaxtında
daxili uçuşlar üçün olubdur.
Kiçik təyyarələr uçurdu. Amma indi burada tikilmiş zolaq ən ağır yük təyyarələrini
də qəbul edə bilər. Aeroport tikiləndən sonra gördük ki, artıq beynəlxalq uçuşlar da açıldı. İndi Lənkəran-Moskva
uçuşları yerinə
yetirilir. Bu aeroport gələcəkdə
Lənkəranı başqa
şəhərlərlə də birləşdirəcəkdir.
Bir sözlə, bu zonanın inkişafının
çox böyük imkanları və potensialı vardır. Biz çalışmalıyıq ki,
bundan maksimum dərəcədə istifadə
edək. Artıq burada
yaradılmış sənaye
müəssisələri bütün
zonanı böyük
dərəcədə gücləndirəcəkdir.
Nəzərə almalıyıq ki,
ətraf rayonlarda da işlər yaxşı gedir. Bu, böyük bir
uğurdur, böyük
bir nailiyyətdir.
Ancaq, biz
əldə edilmiş
bu nailiyyətlərlə
kifayətlənməməliyik, gələcəyə baxmalıyıq.
Daha da çox işlər
görülməlidir. Mən şübhə etmirəm
ki, sahibkarlar da burada yaradılmış
imkanlardan istifadə edəcəklər, yeni müəssisələr, turizm
kompleksləri yaradacaqlar.
Dövlət də öz
tərəfindən sahibkarlara
dəstək verir.
Kreditlər ayrılır, əlverişli
şərait, investisiya
mühiti yaradılır,
kənd təsərrüfatına
subsidiyalar, aqrolizinq yolu ilə texnika,
ondan sonra gübrə, yanacaq verilir. Demək olar ki, fermerlər bircə vergi istisna olmaqla
bütün vergilərdən
azaddırlar. Əgər dövlətin
dəstəyi olmasaydı,
biz bu qədər kənd təsərrüfatı
məhsulu istehsal edə bilməzdik. Bu gün biz ərzaq
təhlükəsizliyimizi demək
olar ki, təmin etmişik. Əsas qida məhsulları Azərbaycanda istehsal və emal olunur.
Hazır
məhsul istehsalını
bax bu zavodun
timsalında görürük.
Ən əsası odur ki, bütün planlarımız həyatda
reallaşır.
Sizə yeni uğurlar cansağlığı və
xoşbəxtlik arzulayıram
və biz yenə də görüşəcəyik.
* * *
Görüşdən sonra xatirə şəkli çəkdirildi.
AzərTAc
Azərbaycan.- 2010.- 26 iyun- S.
1, 2.