Lerik şəhərində Heydər Əliyev Mərkəzi açılmışdır

 

Prezident İlham Əliyev iyunun 25-də Lerik şəhərində Heydər Əliyev Mərkəzinin açılışında iştirak etmişdir.

Rayon ictimaiyyətinin nümayəndələri dövlətimizin başçısını hərarətlə qarşıladılar.

Dövlətimizin başçısı açılışı bildirən lenti kəsdi, mərkəzlə tanış oldu.

Heydər Əliyev meydanında inşa edilmiş mərkəzdə dahi rəhbərin büstü qoyulmuşdur.

Məlumat verildi ki, ümumi sahəsi 420 kvadratmetr olan Heydər Əliyev Mərkəzində ümummilli liderin həyatını əks etdirən eksponatlar, ulu öndərin şəxsi arxivindən götürülmüş sənədlər və fotoşəkillər yerləşdirilmişdir. Mərkəz görkəmli dövlət xadimi, ulu öndər Heydər Əliyevin siyasi irsinin təbliği, gənc nəslin bu irsdən yararlanması məqsədi ilə yaradılmışdır. Mərkəzin kitabxanasında ulu öndər haqqında maraqlı kitablar toplanmışdır. Burada internetə qoşulmuş müasir kompüterlər, monitor quraşdırılmış, ümummilli liderin həyatına dair sənədli filmlər toplanmışdır.

Mərkəzlə tanışlıqdan sonra Prezident İlham Əliyev xatirə kitabına ürək sözlərini yazdı.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 26 iyun- S.  2.