Lerik rayon mərkəzi xəstəxanası
əsaslı yenidənqurmadan sonra istifadəyə
verilmişdir
İyunun 25-də Prezident İlham Əliyev Lerikə səfəri çərçivəsində rayon mərkəzi xəstəxanasında aparılmış əsaslı yenidənqurma işləri ilə tanış olmuşdur.
Binanın foyesində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin səhiyyə sahəsinə göstərdiyi diqqət və qayğını əks etdirən fotostend vardır.
Məlumat verildi ki, 4 mərtəbəli binanın ümumi sahəsi 2100 kvadratmetrdir. 90 çarpayılıq xəstəxana hər cür müasir tibbi avadanlıqla, mərkəzləşdirilmiş havalandırma və istilik sistemləri ilə təchiz olunmuşdur. Burada 200-ə yaxın həkim və tibb personalı əhaliyə xidmət göstərəcəkdir.
Səhiyyə ocağında poliklinika, qəbul, infeksion, terapiya, doğuş-ginekologiya, cərrahiyyə, reanimasiya və intensiv terapiya, uşaq xəstəlikləri şöbələri fəaliyyət göstərir. Burada ultrasəslə müayinə, pediatr, oftalmoloq, endoskopiya, travmatoloq və əməliyyat otaqları, ümumi və biokimyəvi laboratoriya vardır. Reanimasiya və cərrahiyyə şöbələrində 20 çarpayılıq 12 palata vardır.
Xəstəxananın yenidənqurmadan sonra istifadəyə verilməsi rayon sakinlərini müalicə və müayinə üçün başqa yerlərə getməkdən azad edir. Burada yaradılan lazımi şərait qonşu rayonların sakinlərinə də tibbi xidmət göstərməyə imkan verir.
Prezident
İlham Əliyev görülmüş işlərdən
razılığını bildirdi, tapşırıq və
tövsiyələrini verdi.
AzərTAc
Azərbaycan.- 2010.- 26 iyun- S.
3.