Prezident İlham Əliyev
Lerikdə "Şəhidlər" abidə kompleksini
ziyarət etmişdir
İyunun 25-də Prezident İlham Əliyev Lerikə səfəri çərçivəsində "Şəhidlər" abidə kompleksini ziyarət etmişdir.
Dövlətimizin başçısı Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən qəhrəman Vətən övladlarının xatirəsinə ucaldımış "Əbədi məşəl"in önünə gül dəstəsi qoydu.
Abidə kompleksi ilə tanışlıq zamanı bildirildi ki, Qarabağ müharibəsində Lerik rayonu 130-dan çox şəhid vermişdir. Onların 5-i şücaətlərinə görə Milli qəhrəman adına layiq görülmüşlər. Hazırda rayonda 80 nəfər Qarabağ müharibəsi əlili vardır. Şəhid ailələrinə və əlillərə daim dövlət qayğısı göstərilir.
Diqqətə çatdırıldı ki, kompleksin ümumi ərazisi 650 kvadratmetrdir. Burada fəvvarə quraşdırılmış, yaşıllıq zolaqları salınmışdır.
Prezident İlham Əliyev buradan Lerikin ümumi mənzərəsini seyr etdi.
* * *
İyunun 25-də Lənkəran və Lerik rayonlarına səfərini başa vuran Prezident İlham Əliyev
Bakıya qayıtdı.
AzərTAc
Azərbaycan.- 2010.- 26 iyun- S.
4.