Milli Məclis sədrinin müavini Bahar Muradova cəbhə bölgəsində xidmət
edən əsgərlərlə görüşmüşdür
Hərbi hissədə təşkil olunmuş bayram tədbirində çıxış edən Bahar Muradova Silahlı Qüvvələr günü münasibətilə əsgərləri təbrik etmiş, onlara çətin və şərəfli xidmətdə müvəffəqiyyətlər arzulamışdır. Bildirmişdir ki, ulu öndərin hakimiyyətə qayıdışından sonra ordu quruculuğunda böyük inkişaf baş vermişdir.
Hazırda dövlətimizin başçısı tərəfindən ordumuzun güclənməsi istiqamətində uğurlu siyasət həyata keçirilir. Natiq əsgərləri Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən ordumuz üçün yaradılmış şərait müqabilində daha yaxşı xidmət etməyə çağırmış və işğal altındakı torpaqlarımızın azad ediləcəyinə, ölkəmizin ərazi bütövlüyünün bərpa olunacağına əminliyini bildirmişdir.
Tədbirdə iştirak edən Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Nəbi Muxtarov əsgər və zabitləri bayram münasibətilə təbrik etmişdir.
Hərbi hissə komandanlığı adından çıxış edən polkovnik-leytenant Zaur Məmmədov qonaqlara minnətdarlığını bildirmiş, bu tədbirin düşmənlə üz-üzə xidmət edən hərbçilərin ruh yuksəkliyinin artmasında böyük rol oynadığını vurğulamışdır.
Tədbir konsert proqramı ilə davam etmişdir.
Sonra ön xəttə gedən Milli Məclis sədrinin müavini səngərdə xidmət
edən əsgər və zabitlərlə görüşmüş, onların
xidmət və məişət şəraiti
ilə yaxından
AzərTAc
Azərbaycan.- 2010.- 26
iyun- S. 4.