Heydər Əliyev adına Ali Hərbi Məktəbdə buraxılış mərasimi

 

İyunun 25-də Heydər Əliyev adına Ali Hərbi Məktəbin kursantlarının növbəti buraxılış mərasimi olmuşdur.

Silahlı Qüvvələrin təhsil müəssisələrinin 10-cu buraxılış gecəsində təhsildə fərqlənmiş məzunlara diplomlar təqdim edilmişdir.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin ali təhsil ocağının həyətində ucaldılmış abidəsi ziyarət olunmuşdur.

Mərasimdə çıxış edən müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Prezident, Ali Baş Komandan İlham Əliyevin təbrikini məzunlara çatdırmışdır. Azərbaycan ordusunun günü-gündən qüdrətləndiyini bildirən nazir əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş milli ordumuzun inkişafının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd etmişdir. Sonra təhsillərini uğurla başa vurmuş məzunlara diplomlar təqdim olunmuşdur.

Məktəbin marşı ifa olunduqdan sonra kursantlar təntənəli hərbi marşın sədaları altında tribunanın qarşısından keçmişlər.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 26 iyun- S.  6.