Azərbaycan Prezidenti
İlham Əliyev Fransanın GDF SUEZ
şirkətininprezidenti və baş direktorunun müavini,
AVROQAZ-ın prezidenti Jan-Fransua
Sirellinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 29-da Fransanın GDF SUEZ şirkətinin prezidenti və baş direktorunun müavini, AVROQAZ-ın prezidenti Jan-Fransua Sirellinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Jan-Fransua Sirelli Azərbaycanda gördüyü inkişaf proseslərinin, ölkəmizdəki firavanlığın və sabitliyin onlarda çox böyük təəssürat yaratdığını bildirmişdir. Təmsil etdiyi şirkətin Avropada fəaliyyətindən danışan qonaq Azərbaycan ilə qaz sahəsində əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduğunu vurğulamışdır.
Dövlətimizin başçısı GDF SUEZ şirkəti ilə Azərbaycan Dövlət Neft Şirkəti arasında uğurlu əməkdaşlığın həyata keçirildiyini vurğulayaraq bu əlaqələrin gələcəkdə də genişlənəcəyinə əminliyini ifadə etmişdir. Prezident İlham Əliyev GDF SUEZ şirkətinin prezidenti və baş direktorunun müavini, AVROQAZ-ın prezidentinin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin əməkdaşlığımızla bağlı məsələlərin səmərəli şəkildə müzakirəsi üçün yaxşı imkan yaratdığını demişdir.
AzərTAc
Azərbaycan.- 2010.- 30 iyun- S.
1.