Albaniya parlamentinin sədri Jozefina Topalli Azərbaycana səfərə gəlmişdir

 

İyunun 28-də Albaniya parlamentinin sədri Jozefina Topalli Azərbaycana səfərə gəlmişdir.

Heydər Əliyev adına Beynəlxalq hava limanında qonağı Milli Məclis Sədrinin birinci müavini, parlamentin Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov və digər rəsmi şəxslər qarşılamışlar.

Hava limanında jurnalistlərə müsahibəsində Jozefina Topalli Azərbaycana ilk dəfə gəldiyini bildirərək ölkəmizə səfərindən qürur duyduğunu söyləmişdir. O demişdir ki, səfəri çərçivəsində dövlət və hökumət rəsmiləri ilə keçirəcəyi görüşlərdə Albaniya ilə Azərbaycan arasında əlaqələr müzakirə olunacaqdır. Ümid edirəm ki, bizim parlamentlərarası əlaqələrimizin səviyyəsi bu səfərimdən sonra daha da genişlənəcəkdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 30 iyun- S.  2.