Xarici işlər naziri Elmar Məmmədyarovun
Almaniyada yerli siyasətçilərlə görüşləri
davam edir
İyunun 29-da Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Almaniyaya rəsmi səfəri başlanmışdır. Günün birinci yarısında Azərbaycan XİN-in başçısının Almaniya XDİXSİ fraksiyasının xarici siyasət məsələləri üzrə spikeri Filip Misfelder, sonra isə Bundestaqın deputatları ilə görüşü keçirilmişdir.
Hazırda Almaniya XİN-də iki ölkənin xarici siyasət idarələrinin başçıları - Elmar Məmmədyarov və Gido Vestervelle arasında görüş davam edir.
Azərbaycan
nazirinin Kanslerin xarici siyasət və təhlükəsizlik məsələləri
üzrə müşaviri Kristofer Hoygen ilə
görüşü, habelə Almaniya xarici siyasət məsələləri
cəmiyyətində çıxışı nəzərdə
tutulmuşdur.
Vüqar SEYİDOV,
AzərTAc-ın xüsusi
müxbiri
Berlin
Azərbaycan.- 2010.- 30 iyun- S.
2.