Qədim Şəki ilə tanışlıq festival iştirakçılarının ürəyincədir

 

Şəkidə keçirilən "İpək yolu" I Beynəlxalq Musiqi Festivalının iştirakçısı, Cənubi Koreyanın "Samuinori" folklor ansamblının meneceri Yeonq Eonmyeon Azərbaycanın bu qədim şəhəri ilə tanışlıqdan çox məmnun qaldıqlarını bildirmişdir.

Qonaq AzərTAc-a müsahibəsində qeyd etmişdir ki, ansambl 20 ilə yaxındır fəaliyyət göstərir. Cənubi Koreyanın ən tanınmış folklor kollektivlərindən biridir. Ansambl dünyanın bir çox ölkəsində qastrol səfərlərində olmuş, müxtəlif festivallarda iştirak etmişdir. Azərbaycana ilk dəfədir ki, səfər etmişdir. Qonaq qədim Şəki diyarının özünəməxsus milli xüsusiyyətlərinə, qonaqpərvərliyinə, təbiətinə, zəngin tarixi abidələrinə, sənətkarlıq nümunələrinə, o cümlədən musiqisinə heyran qaldıqlarını bildirmiş, belə festivalların xalqlarımız arasında dostluq əlaqələrinin daha da möhkəmlənməsinə böyük töhfələr verəcəyinə əminliyini ifadə etmişdir.

 

 

Azərbaycan.- 2010.- 30 iyun- S.  6.