F.Ə.Qasımovanın "Şərəf" ordeni ilə təltif edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan incəsənətinin inkişafında vokal sənəti sahəsində gənc ifaçıların hazırlanmasında xidmətlərinə görə Fidan Əkrəm qızı Qasımova "Şərəf" ordeni ilə təltif edilsin.

 

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 mart 2010-cu il

 

Azərbaycan.- 2010.-  2 mart.- S.  1.