Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisindəki "İmamzadə" kompleksinin bərpası ilə əlaqədar tədbirlər haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Orta əsr Azərbaycan memarlığının qiymətli nümunələrindən biri sayılan, tikintisi XIV əsrin sonu - XV əsrin əvvəllərinə təsadüf edən "İmamzadə türbəsi" onun ətrafında XVII-XVIII əsrlərdə inşa edilən məscid, sərdabə digər türbələr əzəmətli dini-tarixi kompleks kimi bugünədək qorunub saxlanılmaqdadır. Bu müqəddəs məkan əsrlərdən bəri Azərbaycandan, eləcə başqa ölkələrdən gəlmiş müsəlmanların ziyarətgahına çevrilmişdir. Şərqin qədim karvan-ticarət yolu üzərində olub, müxtəlif vaxtlarda dağıntılara məruz qalan "İmamzadə" kompleksi XIX əsrdə bərpa edilmişdir.

Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində yerləşən "İmamzadə" kompleksinin milli memarlıq ənənələrimizə uyğun şəkildə təmiri, bərpası ətrafında abadlaşdırma işlərinin aparılması məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində yerləşən "İmamzadə" kompleksinin təmiri, bərpası ətrafında abadlaşdırma işlərinin aparılması üçün Gəncə Şəhər İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat məbləğində vəsait ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 1-ci bəndində nəzərdə tutulmuş vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada həyata keçirsin.

 

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 mart 2010-cu il

 

Azərbaycan.- 2010.-  2 mart.- S.  1.