Çili Respublikasının
Prezidenti zati-aliləri xanım Mişel Baçelet Xeriyaya
Hörmətli xanım Prezident!
Ölkənizdə baş vermiş dəhşətli zəlzələnin doğurduğu çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbəri kədər hissi ilə qarşıladım.
Bu faciə ilə əlaqədar
Sizə, həlak olanların ailələrinə və
yaxın adamlarına, bütün Çili xalqına şəxsən
öz adımdan və Azərbaycan xalqı adından dərin
hüznlə başsağlığı verir, yaralananlara və
xəsarət alanlara şəfa diləyirəm.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 1 mart 2010-cu il
Azərbaycan.- 2010.- 2 mart.- S. 1.