Bolqarıstan Respublikasının Prezidenti
zati-aliləri cənab
Georgi Pırvanova
Hörmətli cənab
Prezident!
Ölkənizin milli bayramı münasibətilə Sizə
və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi
yetirirəm.
Bu gün Azərbaycan-Bolqarıstan
münasibətləri hərtərəfli
inkişaf yolundadır. Ümidvaram ki,
dostluq əlaqələrimizin
daim möhkəmləndirilməsi,
qarşılıqlı maraq
doğuran sahələrdə,
Avropa İttifaqının
həyata keçirdiyi
proqram və layihələr çərçivəsində
əməkdaşlığımızın
müvəffəqiyyətlə davam etdirilməsi istiqamətində bundan sonra da ardıcıl
səylər göstərəcəyik.
Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, səadət,
işlərinizdə uğurlar,
dost Bolqarıstan xalqına
sülh və tərəqqi arzulayıram.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 18 fevral 2010-cu il
Azərbaycan.- 2010.-3
mart.- S. 1.