Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyası Baş nazirinin birinci müavini İqor Şuvalovun başçılıq etdiyi
nümayəndə heyətini
qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 3-də Rusiya Federasiyası Baş nazirinin birinci müavini İqor Şuvalovun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Görüşdə Azərbaycan Respublikası
ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin
müxtəlif sahələrdə,
o cümlədən iqtisadi sahədə uğurla inkişaf etdiyi vurğulandı, əlaqələrimizin bundan
sonra da genişlənəcəyinə əminlik ifadə olundu. Görüşdə
həmçinin MDB məkanında
əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər
ətrafında fikir mübadiləsi aparıldı.
AzərTAc
Azərbaycan.- 2010.- 4 mart.- S. 1.