Nüfuzlu "The National" qəzetində "Qafqaz münaqişəsi bu faciəni daha böyük dəhşətə çevirəcək" adlı məqalə dərc olunmuşdur

 

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) nəşr edilən bölgədə geniş oxucu kütləsinə malik "The National" qəzetinin 25 fevral nömrəsində Azərbaycanın bu ölkədəki səfiri Elxan Qəhrəmanovun azərbaycanlı adamlarının iştirakı ilə Dubayda keçirilmiş Xocalı soyqırımının 18-ci ildönümünə həsr olunmuş tədbirə dair "Qafqaz münaqişəsi bu faciəni daha böyük dəhşətə çevirəcək" adlı məqalə dərc olunmuşdur.

 

Səfirlikdən bildirmişlər ki, jurnalist Frank Kanenin məqaləsində Sovet İttifaqının dağılmasından sonra Ermənistanın silahlı qüvvələri tərəfindən Azərbaycanın tarixi torpağı olan Qarabağın dağlıq ərazisində Xocalının işğal olunduğu barədə məlumat verilir.

Məqalədə yazılır ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının zirehli texnikası hərbi heyətinin köməyi ilə Xocalını mühasirəyə almışlar. Bu, Azərbaycan torpaqlarının işğalının genişləndirilməsi üçün tərtib olunmuş planın bir hissəsi idi. Onlar Xocalıda yaşayan dinc əhaliyə mühasirədən çıxmaq üçün bir yol təklif etmişlər. Yaşlı kişilər, qadın uşaqlar mühasirədən çıxmaq istəyərkən erməni silahlı qüvvələri tərəfindən hücuma məruz qalmışlar. Bu, 613 nəfərin ölümünə minlərlə insanın ağır yaralanmasına səbəb olmuşdur.

Müəllif xatırlatmışdır ki, jurnalist Tomas Qolts "Azerbaijan Dairy" kitabında bu hadisəni Azərbaycanın tarixində ən qanlı dəhşətli səhifə adlandırmışdır.

Frank Kane yazır: "Mən azərbaycanlı xanım ilə evliyəm. Münaqişə ilə bağlı ermənilər bütün olanları təkzib edirlər bildirirlər ki, onların əsgərləri Azərbaycanın Silahlı Qüvvələri tərəfindən hücuma məruz qalmış bu atışma hər iki tərəfdən çoxlu itki ilə nəticələnmişdir. Lakin bu bəyanat sizin Xocalı ilə bağlı təsəvvürünüzü tam formalaşdırmayacaqdır. Çünki Dubayda Xocalı soyqırımının 18-ci ildönümü ilə bağlı keçirilmiş tədbirdə insanı dəhşətə gətirən ruhunu titrədən faciəni əks etdirən şəkillərin videonun şahidi olduq. Bu şəkillər o qədər dəhşətli idi ki, Vyetnamın Lai İraqın Fəluca hadisələrinin davamı kimi görünürdü. Burada insanların hərbi maşınlarla vəhşicəsinə qətlə yetirilməsi göstərilmişdir. Azərbaycan tərəfinin əlində faciənin törədilməsində iştirak edən 31 nəfərin adı olan siyahı vardır. İnterpola beynəlxalq məhkəmələrə bu şəxslərin həbs olunması cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı müraciətlər hələ heç bir nəticə verməmişdir. Dubaydakı tədbir Xocalıdakı müsəlmanların qətlini əks etdirirmiş bu, Yaxın Şərq ölkələrinin diqqətinə çatdırılmışdır".

Məqalədə qeyd olunur ki, Azərbaycan hökuməti beynəlxalq ictimaiyyətə Dağlıq Qarabağın Azərbaycanın tarixi torpağı olduğunu təsdiq etmək istəyir. Bu, dəfələrlə BMT tərəfindən təsdiqlənmişdir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi körfəz ölkələrinə dünya enerji sənayesinə mənfi təsir edir. Son illərdə BƏƏ Azərbaycan ilə ticarət əlaqələrini nəzərəçarpacaq dərəcədə artırmışdır. Mərkəzi Asiyanın böyük hissəsi hesab edilən Cənubi Qafqazdakı neft qaz ehtiyatları ABŞ Avropa enerji sərmayəçilərinin regiona diqqətini daha da artırır. Ərazidəki istənilən münaqişə Xəzər regionunda enerji təhlükəsizliyinə təsir edə bilər. Belə ki, münaqişə yenidən başlaya bilər.

Yazıda Azərbaycanın xarici işlər nazirinin "Əgər Ermənistan münaqişənin həlli ilə bağlı müsbət addım atmasa, Cənubi Qafqazda "Böyük müharibə"nin yenidən başlaması qaçılmazdır. Bu isə yenidən Xocalı faciəsi kimi qlobal fəlakətlərin təkrarlanmasına gətirib çıxaracaqdır" sözlərinə istinad olunmuşdur.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 3 mart.- S. 4.