Azərbaycan Prezidenti
İlham Əliyev Filippinin
ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli
səfirinin etimadnaməsini qəbul etmişdir
Səfir
fəxri qarovul dəstəsinin qarşısından
keçdi. Səfir Marilin Jusayan Alarilla etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi. Sonra Azərbaycan Prezidenti
İlham Əliyev səfirlə söhbət
etdi.
Xanım
Marilin Jusayan Alarilla Filippin Respublikasının Prezidenti
III Beniqno Akinonun salamlarını və ölkəmizdə gedən
sürətli iqtisadi inkişaf proseslərinə
görə təbriklərini
dövlətimizin başçısına
çatdırdı.
O, ölkəsinin Azərbaycanla
əlaqələrin müxtəlif
sahələrdə, o cümlədən
enerji, elm və texnologiya sahələrində
inkişaf etdirilməsində
maraqlı olduğunu dedi. Dövlət başçısı ölkələrimiz
arasında ikitərəfli
münasibətləri bütün
istiqamətlərdə, o cümlədən
iqtisadi sahədə inkişaf etdirmək üçün yaxşı
potensialın olduğunu
dedi. Ölkələrimizin beynəlxalq təşkilatlar,
o cümlədən BMT çərçivəsində
əməkdaşlığının önəmini vurğuladı.
Prezident İlham Əliyev ölkələrimiz arasında
güclü iqtisadi tərəfdaşlıq əlaqələri
qurmaq üçün
qarşılıqlı investisiya
imkanlarını nəzərdən
keçirməyin və
əməkdaşlıq sahələrini
müəyyənləşdirməyin zəruriliyini qeyd etdi. Dövlət
başçısı Filippin Respublikasının Prezidenti III
Beniqno Akinonun salamlarına görə minnətdarlığını
bildirdi, onun da salamlarını Filippinin
dövlət başçısına
çatdırmağı xahiş etdi.
Azərbaycan. - 2010. - 4 mart.- S.1.