Azərbaycan Prezidenti İlham Əliyev İrlandiyanın ölkəmizdə
yeni təyin olunmuş fövqəladə
və səlahiyyətli
səfirinin etimadnaməsini
qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 3-də İrlandiyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Tomas Rasselin etimadnaməsini qəbul etmişdir.
Səfir Prezident sarayında fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Səfir Tomas Rassel etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti səfirlə söhbət
etdi.
Söhbət zamanı Azərbaycan ilə İrlandiya arasında əlaqələrin
inkişaf etdirilməsi
üçün potensialın
mövcud olduğu vurğulandı və səfirin ölkəmizdəki
diplomatik fəaliyyəti
dövründə əməkdaşlığımızın
genişlənəcəyinə əminlik ifadə olundu.
AzərTAc
Azərbaycan.-
2010.- 4 mart.- S. 1.