Azərbaycan Prezidenti İlham Əliyev Danimarkanın ölkəmizdə
yeni təyin olunmuş fövqəladə
və səlahiyyətli
səfirinin etimadnaməsini
qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 3-də Danimarkanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ole Egberg Mikkelsenin etimadnaməsini qəbul etmişdir.
Səfir Prezident sarayında fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Səfir Ole Egberg
Mikkelsen etimadnaməsini
Prezident
İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti səfirlə söhbət
etdi.
Dövlətimizin başçısı ölkələrimiz
arasında münasibətlərin
uğurla inkişaf etdiyini vurğuladı. Əməkdaşlıq üçün yaxşı
potensialın olduğunu
bildirən Prezident İlham Əliyev ölkələrimizin imkanları
barədə daha çox məlumatın olmasını və bunun üçün fəal əlaqələr
qurmağın zəruriliyini
qeyd etdi. Dövlətimizin başçısı ölkələrimiz arasında,
xüsusilə iqtisadi
sahədə məhsuldar
əməkdaşlığın olacağına əminliyini
bildirdi.
Danimarkanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri
Ole Egberg Mikkelse Kraliça ülyahəzrət
II Marqretenin salamlarını
və xoş arzularını dövlətimizin
başçısına çatdırdı. O, ölkəmizdəki
diplomatik fəaliyyəti
dövründə Azərbaycan
ilə Danimarka arasında münasibətlərin
daha da genişləndirilməsi
işində səylərini
əsirgəməyəcəyini dedi.
Dövlətimizin başçısı Danimarka
Kraliçası ülyahəzrət
II Marqretenin salamlarına
və xoş arzularına görə minnətdarlığını bildirdi, onun da salamlarını və xoş arzularını Kraliçaya
çatdırmağı xahiş
etdi.
AzərTAc
Azərbaycan.- 2010.- 4 mart.- S. 4.