Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva İtaliyanın San Rafaelo Fondunun vitse-prezidenti Mario Kal ilə görüşmüşdür

 

Martın 3-də Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva İtaliyanın San Rafaelo Fondunun vitse-prezidenti Mario Kal ilə görüşmüşdür.

Görüşdə iki qurum arasında əməkdaşlığın perspektivləri, o cümlədən həkim, mütəxəssis mübadiləsi, birgə elmi araşdırmaların aparılması məsələləri müzakirə olunmuşdur.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva İtaliyanın San Rafaelo Fondunun vitse-prezidenti Mario Kal gələcəkdə birgə layihələrin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparmışlar.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 4 mart.- S. 2.