Rusiya Baş nazirinin birinci müavini Fəxri xiyabanı Şəhidlər xiyabanını ziyarət etmişdir

 

Azərbaycanda səfərdə olan Rusiya Baş nazirinin birinci müavini İqor Şuvalovun başçılıq etdiyi nümayəndə heyəti martın 3-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşdur.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuş, məzarı üstünə gül dəstələri düzülmüşdür.

Sonra Şəhidlər xiyabanında Azərbaycanın azadlığı suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsinə hörmət əlaməti olaraq "Əbədi məşəl" abidəsi önünə əklil qoyulmuşdur.

Qonaqlar Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr etmişlər.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.-4  mart.- S. 3.