Azərbaycanda yeni təyin olunmuş səfirlər ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmişlər
Filippinin, İrlandiyanın, Liviyanın və Danimarkanın Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirləri Pedro O.Çan, Tomas Rassel, Saad Mustafa Mucbir və Ole Egberg Mikkelsen martın 3-də Heydər Əliyev sarayının qarşısındakı parka gələrək ulu öndərin abidəsini ziyarət etmişlər.
Diplomatlar xalqımızın
ümummilli liderinin xatirəsini ehtiramla yad etmiş, abidənin önünə
gül dəstələri
qoymuşlar.
AzərTAc
Azərbaycan.- 2010.- 4 mart.- S. 3.