AzərTAc-da görüş

 

Martın 3-də Azərbaycan Dövlət Teleqraf Agentliyində (AzərTAc) baş direktor Aslan Aslanov Belarusun BELTA informasiya agentliyinin baş direktoru Dmitri Juk, həmin agentliyin baş direktorunun müavini İqor Lutski Yaponiyanın KYODO News informasiya agentliyinin xarici əlaqələr departamentinin direktoru Masaru Savanişi ilə görüşmüşdür.

Görüşdə agentliklər arasında həm informasiya təcrübə mübadiləsi sahəsində, həm stajkeçmə texniki yardım göstərilməsi məqsədi ilə jurnalistlərin qarşılıqlı mübadiləsi məsələləri üzrə əlaqələrin tənzimlənməsindən söhbət getmişdir. Qonaqlar qarşılıqlı əməkdaşlığa həmişə hazır olduqlarını bildirmişlər.

Sonra AzərTAc-ın kollektivi ilə görüş olmuşdur. Qonaqlar agentliyin əməkdaşlarının suallarına cavab vermişlər. BELTA agentliyinin baş direktoru Dmitri Juk demişdir: "AzərTAc-ın 90 illik yubileyi çox yüksək səviyyədə keçirildi, biz bu sahədə sizin agentliyin təcrübəsindən istifadə etməyə çalışacağıq".

Qonaqlar Azərbaycanın paytaxtı haqqında təəssüratlarını bölüşərək qeyd etmişlər ki, Bakının siması sürətlə dəyişməkdədir. Dmitri Juk demişdir: "Mən 2004-cü ildə Bakıda olmuşam. İndi bu şəhəri tanımağa çətinlik çəkirəm, hər yerdə inşaat quruculuq işləri aparılır".

D.Juk ikitərəfli münasibətlərdən bəhs edərək vurğulamışdır ki, dövlət başçılarının qarşılıqlı səfərləri ölkələr arasında əlaqələrin inkişafına şərait yaradır. Belaruslu qonaqların fikrincə, bu əlaqələrin möhkəmlənməsi sayəsində 2009-cu ildə MDB üzrə əmtəə dövriyyəsinin ümumi həcminin azalmasına baxmayaraq, iki ölkə arasında əmtəə dövriyyəsi 15 faiz artmışdır.

KYODO News agentliyinin nümayəndəsi qeyd etmişdir ki, Yaponiya agentliyi AzərTAc ilə münasibətləri inkişaf etdirməyə hazırdır, lakin bunun üçün əməkdaşlığın perspektivli sahələrini müəyyən etmək lazımdır. M.Savanişi öz agentliyinin işi barədə ətraflı məlumat verərək qeyd etmişdir ki, KYODO hər gün orta hesabla 250-dək fotoxəbər əsasən Yaponiya ilə bağlı 1000-ə yaxın informasiya buraxır.

Qonaqlar AzərTAc ilə qarşılıqlı faydalı informasiya təcrübə mübadiləsini genişləndirmək üçün hər cür səy göstərməyə hazır olduqlarını bildirmişlər.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 4 mart.- S. 4.