N.D.Aslanovun 3-cü dərəcəli "Vətənə
xidmətə görə" ordeni ilə
təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə və Qızıl Aypara hərəkatının inkişafında xüsusi xidmətlərinə görə Novruzəli Davud oğlu Aslanov 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
4 mart 2010-cu il
Azərbaycan.- 2010.-5 mart.- S. 1.