Bakıda "Daşınmaz əmlak idarəçiliyində səmərəlilik şəffaflıq" mövzusunda beynəlxalq seminar keçirilir

 

Martın 4-də Bakıda Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) BMT-nin Avropa İqtisadi Komissiyasının (AİK) Daşınmaz Əmlakın İdarəçiliyi üzrə İşçi Qrupunun birgə təşkilatçılığı ilə "Daşınmaz əmlak idarəçiliyində səmərəlilik şəffaflıq" mövzusunda ikigünlük beynəlxalq seminar işə başlamışdır.

Seminarda Azərbaycan ilə yanaşı, dünyanın 30-a yaxın ölkəsindən, o cümlədən ABŞ, Rusiya, Türkiyə, Böyük Britaniya, Almaniya, İtaliya, Danimarka, Gürcüstan başqalarından 100-dək nümayəndə iştirak edir. Tədbirin iştirakçıları arasında Dünya Bankının, ABŞ Qiymətləndirmə İnstitutunun, Hollandiyanın DHV şirkətinin, Danimarkanın Blominfo A/S şirkətinin, Almaniyanın GTZ şirkəti KFW Bankının, digər beynəlxalq qurumların təmsilçiləri vardır.

Tədbirin məqsədi daşınmaz əmlak idarəçiliyi daşınmaz əmlaka dair hüquqların qeydiyyatı sahəsində inkişaf etmiş ölkələrin təcrübələri ilə ətraflı tanış olmaq, həmin metodlardan yararlanmaq, bu sahədə əməkdaşlıq əlaqələrini daha da inkişaf etdirmək, təcrübə mübadiləsi aparmaq, habelə ölkəmizdə bununla bağlı həyata keçirilən tədbirlər, əldə edilmiş nailiyyətlər barədə dünya dövlətlərini məlumatlandırmaqdır.

Beynəlxalq seminarın iştirakçıları əvvəlcə Fəxri xiyabanda müasir Azərbaycan dövlətinin memarı qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə gül dəstələri düzülmüşdür.

Sonra tədbir iştirakçıları Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad etmiş, məzarları üzərinə güllər düzmüş, "Əbədi məşəl" abidəsi önünə əklil qoymuşlar.

Tədbiri giriş sözü ilə ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (DƏDRX) rəisi Damət Bağırov açaraq seminarın məqsədi gündəliyi barədə məlumat vermişdir. Bildirmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən beynəlxalq regional əməkdaşlığın inkişafı sahəsində həyata keçirilən uğurlu siyasət ölkəmizin xarici dövlətlərlə beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı iqtisadi əlaqələrinin genişləndirilməsinə böyük imkanlar yaratmışdır. Bu istiqamətdə aparılan ardıcıl siyasət nəticəsində beynəlxalq regional təşkilatlar müxtəlif nüfuzlu tədbirlərin Azərbaycanda keçirilməsinə xüsusi maraq göstərirlər. Natiq tədbirin Azərbaycanda təşkili ilə bağlı BMT-nin Avropa İqtisadi Komissiyasının Daşınmaz Əmlakın İdarəçiliyi üzrə İşçi Qrupunun rəhbərliyinə təşəkkür etmiş, vurğulamışdır ki, seminar şəffaf səmərəli daşınmaz əmlak idarəçiliyinin yaradılması sahəsində müxtəlif ölkələrdə, o cümlədən Azərbaycanda toplanılmış təcrübənin öyrənilməsi istiqamətində mühüm addım olacaqdır.

BMT AİK-nin ətraf mühit, təsərrüfat torpaq idarəçiliyi şöbəsinin müdiri Marko Keyner, qurumun Daşınmaz Əmlakın İdarəçiliyi üzrə İşçi Qrupunun sədri, Xorvatiya Dövlət Geodeziya Kadastr Təşkilatı direktorunun müavini Damir Pahiç, Dünya Bankının (DB) Avropa Mərkəzi Asiya üzrə Torpaq Proqramı İşçi Qrupunun rəhbəri Qavin Adlinqton təmsil etdikləri qurumlar barədə ətraflı məlumat vermiş, seminarın əsas məqsədləri mahiyyətindən danışmışlar.

Seminarın ilk günündə iki sessiya üzrə təqdimatlar edilmiş, müzakirələr aparılmışdır. Birinci sessiya daşınmaz əmlakın qeydiyyatı kadastr sahəsində Azərbaycan təcrübəsinə həsr olunmuşdur. DƏDRX rəisinin müavini Sədrəddin Cəfərov, DB-nin Azərbaycanda həyata keçirdiyi "Daşınmaz əmlakın qeydiyyatı" layihəsi idarəetmə qrupunun rəhbəri Şahin Pənahov başqaları daşınmaz əmlakın qeydiyyatı kadastr islahatları sahəsində Azərbaycan təcrübəsindən danışmışlar.

Bildirilmişdir ki, ölkəmizdə iqtisadi inkişafa şərait yaradan əsaslı islahatlar proqramında daşınmaz əmlak idarəçiliyinin səmərəli sisteminin formalaşdırılması, bu sahədə şəffaflığın təmin edilməsi mühüm yer tutur. Dünya Bankının dəstəyi ilə 2007-ci ildən başlayaraq qabaqcıl dünya təcrübəsinin Azərbaycanda tətbiqi məqsədi ilə "Daşınmaz əmlakın qeydiyyatı" layihəsi müvəffəqiyyətlə həyata keçirilir. ƏMDK daşınmaz əmlakın idarəçiliyi sahəsində Almaniya, Norveç, Türkiyə digər ölkələrin müvafiq qurumları ilə əməkdaşlıq əlaqələrinin qurulması genişləndirilməsi ilə bağlı zəruri tədbirlər həyata keçirir.

İkinci sessiyada daşınmaz əmlak idarəçiliyində səmərəliliyin artırılmasında, şəffaflığın təmin olunmasında elektron qeydiyyat elektron kadastrın əhəmiyyətindən bəhs edilmişdir. Seminar iştirakçıları edilən təqdimatlar əsasında Gürcüstan, Danimarka, İtaliya Latviyada daşınmaz əmlakın elektron qeydiyyatı, elektron kadastrın aparılması modeli təcrübələri, fototəsvir texnologiyaları qeydiyyat sahəsində digər yeni metodikaların tətbiqi ilə tanış olmuşlar.

Seminarın martın 5-də keçiriləcək daha iki sessiyasında daşınmaz əmlak torpaq bazarında şəffaflıq mövzusu, digər aktual məsələlər müzakirə ediləcəkdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 5 mart.- S. 5.