"Ağsaqqallar dünyası"

 

"Nafta-Press" nəşriyyatında akademik Budaq Budaqovun "Ağsaqqallar dünyası" kitabı nəşr edilmişdir.

Kitab böyük həyat yolu keçmiş alimin dünyaya, cəmiyyətə, insanlara baxışını əks etdirmişdir. Alim kitaba yazdığı ön sözdə bildirir: "Atalar tədricən öz sıralarından irəli çəkilən müdriklərə ağsaqqal demiş onları cəmiyyətin aqilləri səviyyəsinə qaldırmışlar".

Akademik gündəlik həyatdan qazandığı təcrübəyə əsaslanaraq "Ağsaqqallar dünyası", "Ağsaqqallıq zirvəsi", "Ağsaqqalsız yerdə oturma", "Ağsaqqal səlahiyyəti", "Dünya gör-götür dünyasıdır", "Bizim ağsaqqallar", "Keçmiş dövrün ağsaqqalları" başlıqlı yazılarında ömrünün müdriklik çağlarını yaşayan insanların ancaq xeyirxah niyyətlərə qulluq etməsindən danışmış, onları həyatın "loğmanları" adlandırmışdır.

Kitabın redaktoru Ağahüseyn Şükürovdur.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 5 mart.- S. 8.