8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik etmişdir

 

Hörmətli xanımlar!

Sizi, ölkəmizin bütün qadınlarını Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə cansağlığı, xoşbəxtlik uğurlar arzulayıram.

Xalqımızın milli varlığını müəyyən edən mədəni-mənəvi dəyərlərimizin, ana dilimizin, adət-ənənələrimizin qorunub saxlanması bu günlərədək layiqincə yaşadılmasında Azərbaycan qadını misilsiz xidmətlər göstərmişdir. O, müstəqil dövlətçiliyimizə azərbaycançılıq məfkurəsinə sədaqət, müqəddəs vətənimizin suverenliyi ərazi bütövlüyünün toxunulmazlığı naminə gənclərimizin doğma yurda sonsuz məhəbbət ruhunda formalaşmaları yolunda var qüvvəsini sərf edir.

Azərbaycanın qədim zəngin tarixinin hər səhifəsində qadınlarımızın müdrikliyi, fədakarlığı qəhrəmanlığının parlaq nümunələri vardır. Respublikamız dövlət müstəqilliyini bərpa etdikdən sonra qadınlar sosial fəallıqlarını xeyli artıraraq elm təhsil, səhiyyə mədəniyyət sahələrində mühüm nailiyyətlər qazanmışlar. Onlar suveren ölkəmizin dinamik inkişafını təmin edən bütün bu təqdirəlayiq fəaliyyətləri ilə milli dövlət quruculuğu işində öz istedad bacarıqlarını müvəffəqiyyətlə gerçəkləşdirir, beynəlxalq aləmdə Azərbaycanı layiqincə təmsil edirlər.

Ümidvaram ki, siz, Azərbaycan qadınları, ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi intellektual-mənəvi həyatının ən müxtəlif sahələrində bundan sonra da uğurla çalışacaq, davamlı yeniləşən ölkəmizin çiçəklənməsi naminə yeni-yeni töhfələr verəcəksiniz.

Bayramınız mübarək olsun!

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 mart 2010-cu il

 

Azərbaycan.- 2010.- 6 mart.- S. 1.