Qana Respublikasının
Prezidenti zati-aliləri
cənab Con Evans Atta Millsə
Hörmətli cənab
Prezident!
Qana Respublikasının milli bayramı - Müstəqillik
günü münasibətilə
Sizi və bütün xalqınızı
səmimi qəlbdən
təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan-Qana münasibətlərinin inkişafı
daim xalqlarımız arasında dostluq və əməkdaşlığın
möhkəmlənməsinə xidmət edəcəkdir.
Sizə ən xoş arzularımı yetirir, xalqınıza əmin-amanlıq
və firavanlıq diləyirəm.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 18 fevral 2010-cu il
Azərbaycan.- 2010.- 6 mart.- S. 1.