ABŞ Konqresi Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsi qondarma "erməni soyqırımı" qanun layihəsini qəbul etmişdir

 

Martın 4-də ABŞ Konqresi Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsində 1915-ci ildə Osmanlı Türkiyəsində ermənilərə qarşı aparılan siyasətin dəyərləndirilməsi ilə bağlı dinləmələr keçirilmişdir. 252 nömrəli qətnamə layihəsi Konqresin Nümayəndələr Palatasının gündəminə erməni məsələləri üzrə işçi qrupunun başçıları tərəfindən təqdim edilmişdir.

Qətnamə Konqres tərəfindən qəbul olunarsa, ABŞ Prezidenti 1915-ci ildə Osmanlı Türkiyəsində baş verənləri rəsmi olaraq "erməni soyqırımı" kimi səciyyələndirməli hər il apreldə ölkənin erməni mənşəli vətəndaşlarına müraciətdə məhz bu termindən istifadə etməlidir. Ötən illər ərzində eyni qətnamə layihəsi Konqresin Nümayəndələr Palatası Senatına təqdim olunsa da, ABŞ qanunverici orqanının tam dəstəyini qazanmamışdır. Lakin məsələ illərdən bəri güclü erməni lobbiçi qruplarının səyləri nəticəsində Konqresin diqqət mərkəzində qalmaqdadır.

Dinləmələr ərəfəsində dövlət katibi Hillari Klinton Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsinin sədri Hovard Bermana telefon açaraq Obama hakimiyyətinin məsələyə münasibətini ifadə etmiş, qətnamə layihəsinin müzakirəsinin Türkiyə-Ermənistan arasında münasibətlərin normallaşması prosesinə xələl gətirəcəyini diqqətə çatdırmışdır. Lakin Konqresmen Berman təmsil etdiyi Kaliforniya ştatındakı erməni mənşəli seçicilərinin arzusu ilə layihəni səsverməyə qoymaq qərarından dönməmişdir.

İki fasilə ilə beş saata yaxın davam edən müzakirələri zaldan izləyən iştirakçılar arasında Ermənistan Türkiyənin deputatları, diplomatları, eləcə komitə sədri tərəfindən "erməni soyqırımı"nın sağ qalan qurbanları kimi təqdim edilən üç nəfər erməni mənşəli amerikalı qadın da var idi.

Müzakirələri açan Xarici Əlaqələr Komitəsinin sədri Hovard Berman Türkiyəni ABŞ-ın mühüm etibarlı tərəfdaşı adlandırmışdır. Lakin onun fikrincə, bu, Türkiyəyə "erməni soyqırımı" reallığından boyun qaçırmağa əsas verməməlidir. Kaliforniyalı konqresmen bildirmişdir ki, dünyada insan haqlarının müdafiəçisi olan ABŞ Kanada, Rusiya, Fransa kimi ölkələrə qoşularaq "erməni soyqırımı" tanımalı, mənəvi məsuliyyətini yerinə yetirməlidir. Bu, türklər üçün çətin ağrılı proses olsa da, nəticə etibarı ilə Türkiyə demokratiyasını ABŞ-Türkiyə münasibətlərini möhkəmlədəcəkdir. Komitə sədri həmkarlarını qətnamə layihəsini dəstəkləməyə çağırmışdır.

Hovard Bermanın mövqeyini bölüşən çoxsaylı erməni mənşəli seçicilərin yaşadığı Kaliforniya ştatının digər təmsilçiləri konqresmenlər Edvard Roys, Dana Rorabaker, Lin Vulsli, Cim Kosta, Barbara Li, Bred Şerman, Diana Vatson, Nyu-York ştatının təmsilçiləri Geri Akerman, Cozef Krouli, nyu-cersili Kristofer Smit, Donald Peys floridalı konqresmen Qas Bilirakis bəyanatlarında vurğulamışlar ki, ABŞ-ın 42 ştatı, NATO müttəfiq ölkələrdən 11-i, eləcə Avropa Şurası Parlamenti 1915-ci ildə Osmanlı İmperiyasında baş verənləri "erməni soyqırımı" adlandırmışdır. Konqresmen Bred Şerman isə qətnaməyə cavab olaraq Türkiyənin sərt reaksiyası barədə "təhriklər"ə aldanmamağı tövsiyə etmişdir. O xatırlatmışdır ki, hər dəfə hansısa ölkə "erməni soyqırmı" tanıyanda Türkiyənin buna münasibəti sərt olsa da, uzun çəkmir. Belə ki, Fransa ilə ticarət əlaqələrinin pozulacağını deyən türklər, əksinə, həmin ölkə ilə ticarət dövriyyəsini dörd dəfə artırmışlar.

Qətnamə layihəsinin əleyhinə çıxanlar isə bu fikirdə idilər ki, Türkiyə Ermənistanla tarixi hadisələri birgə araşdırmağa dair razılığa gəldiyi təqdirdə, ABŞ Konqresində qəbul edilən qətnamə bu prosesə maneə olacaqdır. Xarici əlaqələr komitəsində respublikaçı azlığın başçısı xanım İleana Ros-Letinen qeyd etmişdir ki, ötən illər bu layihə səs verməyə çıxarılanda Ev məsələyə münasibətini Konqres üzvlərinə mütləq çatdırırdısa, bu dəfə Obama hakimiyyətindən qətnaməyə güclü müxaliflik hiss olunmurdu. Xanım Ros-Letinen bildirmişdir ki, Konqres üzvlərinin Pentaqon kəşfiyyat qurumları mütəxəssisləri ilə apardığı məsləhətləşmələr onu göstərir ki, bu qətnamənin Konqresdə tanınması, NATO müttəfiqi kimi Türkiyənin ABŞ-a münasibətini dəyişdirər nəticə etibarı ilə, ABŞ-ın İraq Əfqanıstanda silahlı qüvvələrinin təhlükəsizliyini azalda bilər. Konqres üzvü ABŞ hərbi iqtisadi maraqlarına birbaşa zərbə olacaq qətnamə layihəsini dəstəkləməməyə çağırmışdır. Xanım Ros-Letinenin çağırışına Xarici Əlaqələr Komitəsinin Avropa üzrə altkomitəsi, Beynəlxalq Təşkilatlar İnsan Haqları üzrə altkomitəsinin başçıları Bill Delahant Ras Karnahan da qoşulmuşlar. Onların fikrincə, Türkiyə ilə Ermənistan arasında imzalanan protokollar bütün bölgədə sabitlik yaratmaq potensialına malikdir. Cənab Delahant xatırlatmışdır ki, bu protokollara Ermənistan prezidentinin özü imza atmışdır. Daha sonra isə o, ölkə-ölkə gəzərək erməni diasporu üzvlərinə bu protokollardan Ermənistanın bəhrələnəcəyini izah etmişdir. Konqresdə bu qətnamənin qəbul edilməsi Türkiyə, Ermənistan, ABŞ-a xeyir gətirir. Qətnamə layihəsinə müxalifliklərini, həmçinin İndiana ştatının təmsilçiləri Mayk Pens, Dən Barton, Texasdan Ted Po, Ron Pol, Virciniyadan Cerald Konnoli, Nyu-York konqresmeni Maykl Makmahon digərləri ifadə etmişlər.

Müzakirələr başa çatdıqdan sonra komitə sədri Hovard Berman yarım saatlıq səsvermə elan etmişdir. İlkin nəticələrin qətnamə layihəsinin əleyhinə olduğunu görən kaliforniyalı konqresmen səsvermə vaxtını uzatmışdır. Bir saata yaxın davam edən səsvermə nəticələri 23 lehinə, 22 əleyhinə çatanda bitmiş elan edilmişdir.

Nəticələri AzərTAc-a şərh edən Konqres təhlilçisi bildirmişdir ki, bu dəfə Evdən erməni qətnaməsinə müxalifliyin olmadığını nəzərə alsaq, səslərin bu şəkildə paylaşması, əslində Türkiyənin mövqeyinə böyük dəstəkdən xəbər verir. Təhlilçi bildirmişdir ki, komitə sədri Bermanın səsvermə prosesini süni şəkildə uzatması hüquqi baxımdan səhv olmasa da, etik baxımdan sual altına alına bilər.

 

 

Şəfəq AKİFQIZI,

AzərTAc-ın xüsusi müxbiri

Vaşinqton

 

Azərbaycan.- 2010.- 6 mart.- S. 4.