Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

1. Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının aşağıdakı yeni tərkibi təsdiq edilsin:

 

Komissiyanın sədri

 

Əli Həsənov - Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri

 

Komissiyanın üzvləri:

 

Fatma Abdullazadə - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri

Mahmud Məmməd-Quliyev - Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

Əsgər Ələkbərov - Azərbaycan Respublikası daxili işlər nazirinin müavini

Orucəli Hacıyev - Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini

Vilayət Zahirov - Azərbaycan Respublikası ədliyyə nazirinin müavini

Sahir Məmmədxanov - Azərbaycan Respublikası vergilər nazirinin müavini

Sevinc Həsənova - Azərbaycan Respublikası iqtisadi inkişaf nazirinin müavini

İlqar Rəhimov - Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini

Elmar Qasımov - Azərbaycan Respublikası təhsil nazirinin müavini

Elsevər Ağayev - Azərbaycan Respublikası səhiyyə nazirinin müavini

Səfər Mehdiyev - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini

Zakir Babayev - Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu sədrinin müavini

Fərdil Məmmədov - "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin vitse-prezidenti

Pərviz Musayev - Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin müavini

İlyas Əliyev - Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin birinci müavini

Novruzəli Aslanov - Azərbaycan Qızıl Aypara Cəmiyyətinin sədri

Qurban Sadıqov - Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının qaçqınların, məcburi köçkünlərin problemləri, miqrasiya və beynəlxalq təşkilatlarla şöbəsinin müdiri

 

2. "Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının bəzi məsələləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 1 fevral tarixli 62 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, ¹2, maddə 97; 2007-ci il, ¹9, maddə 871; 2008-ci il, ¹9, maddə 797) 1-ci bəndi qüvvədən düşmüş hesab edilsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 mart 2010-cu il

 

Azərbaycan.- 2010.- 6 mart.- S. 2.