Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) seçilməsi haqqında

 

Azərbaycan Respublikası Milli Məclisinin Qərarı

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 6-cı bəndinə və "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) haqqında" Azərbaycan Respublikası Konstitusiya Qanununun 2.1-ci maddəsinə əsasən qərara alır:

Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) vəzifəsinə təqdim etdiyi Elmira Teymur qızı Süleymanovadan, Faiq Mirəsədulla oğlu Qurbanovdan və Teymur Ramiz oğlu Məlik-Aslanovdan ibarət üç namizəd arasından Elmira Teymur qızı Süleymanova Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) seçilsin.

 

 

O.ƏSƏDOV,

Azərbaycan Respublikası

Milli Məclisinin Sədri

Bakı şəhəri, 5 mart 2010-cu il

 

Azərbaycan.- 2010.-6  mart.- S. 2.