ATƏT-in Minsk qrupunun həmsədrləri
Ermənistan ilə müzakirələri intensivləşdirəcəklər
ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistan ilə müzakirələri intensivləşdirəcəklər.
Bu barədə həmsədrlər Parisdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ilə keçirdikləri görüşdə bildirmişlər.
Görüşdə, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesi ətraflı müzakirə olunmuşdur.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, nazir E.Məmmədyarov yenilənmiş Madrid təkliflərini bəzi istisnalar olmaqla, Azərbaycan tərəfinin ümumilikdə qəbul etdiyini bir daha həmsədrlərin diqqətinə çatdırmışdır.
Həmsədrlər isə bildirmişlər ki, rəsmi Yerevan ilə bu məsələ ətrafında müzakirələri daha da intensivləşdirəcəklər.
E.Məmmədyarovun Fransa Prezidentinin xarici məsələlər üzrə müşaviri Jan-David Levita ilə görüşündə də eyni mövzu ətrafında geniş müzakirələr aparılmışdır.
AzərTAc
Azərbaycan.- 2010.- 7 mart.- S. 1.