ATƏT-in Minsk qrupunun həmsədrləri
bəyanatla çıxış
etmişlər
Martın 6-da ATƏT-in Minsk qrupunun həmsədrləri Robert Bratke (ABŞ), Bernar Fasye (Fransa) və Yuri Merzlyakov (Rusiya) birgə bəyanat yaymışlar.
ATƏT-in rəsmi saytında yerləşdirilmiş bəyanatda bildirilir ki, həmsədrlər Parisdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşərək işçi sessiya keçirmişlər. Görüşdə danışıqların hazırkı mərhələsi qiymətləndirilmiş və 2009-cu ilin dekabr və 2010-cu ilin yanvar aylarında həmsədrlər tərəfindən təqdim edilmiş Madrid prinsiplərinin yenilənmiş variantına Azərbaycan və Ermənistan tərəflərinin münasibətini nəzərdən keçirmişlər.
Bəyanatda, həmçinin qeyd edilir ki, regiona səfər etməzdən öncə, müzakirələr aparmaq üçün həmsədrlər bu ayın sonunda Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşməyi planlaşdırırlar.
Elgün NİFTƏLİYEV,
AzərTAc-ın xüsusi müxbiri
Vyana
Azərbaycan.- 2010.- 7 mart.- S. 1.