Nazirlər Kabineti
avtonəqliyyat vasitələrindən
atmosfer havasına atılan zərərli maddələrə dair tələblərin Avropa standartlarına uyğunlaşdırılması
tədbirləri barədə
qərar qəbul etmişdir
Martın 6-da Azərbaycan Respublikasının
Nazirlər Kabineti "Azərbaycan Respublikasının
ərazisində dövriyyəyə
buraxılan (idxal və Azərbaycan Respublikasında istehsal edilən) avtonəqliyyat vasitələrindən atmosfer
havasına atılan zərərli maddələrə
dair tələblərin
Avropa standartlarına uyğunlaşdırılması tədbirləri barədə" Qərar qəbul etmişdir.
Azərbaycan Respublikasının ərazisində
dövriyyəyə buraxılan
avtonəqliyyat vasitələrindən
atmosfer havasına atılan zərərli maddələrə dair tələblərin Avropa standartlarına uyğunlaşdırılmasını
təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara almışdır
ki, 2010-cu il iyulun 1-dən Azərbaycan
Respublikasının ərazisində
dövriyyəyə buraxılan
(idxal və Azərbaycan Respublikasında istehsal edilən) avtonəqliyyat vasitələrindən atmosfer
havasına atılan zərərli maddələr
üzrə
Avro-2 ekoloji normaları
tətbiq edilsin.
Azərbaycan Respublikasının Sənaye
və Energetika Nazirliyinə, Azərbaycan
Respublikasının Standartlaşdırma,
Metrologiya və Patent üzrə Dövlət Komitəsinə və Azərbaycan Respublikasının Dövlət
Neft Şirkətinə
tapşırılmışdır ki, Azərbaycan Respublikasında istehsal edilən, habelə yanacaq-doldurma məntəqələrində
satılan avtomobil yanacağının keyfiyyətinə
nəzarəti gücləndirsinlər
və bu sahədə standartların
tələblərini pozan
şəxslər barədə
qanunvericilikdə nəzərdə
tutulmuş qaydada tədbirlər görsünlər,
o cümlədən müvafiq
fəaliyyət növünə
verilmiş xüsusi razılığın (lisenziyanın)
fəaliyyətinin dayandırılmasını
təmin etsinlər.
Həmin Qərarla "Azərbaycan
Respublikasının ərazisində dövriyyəyə
buraxılan (idxal və Azərbaycan Respublikasında
istehsal edilən) avtonəqliyyat vasitələrindən atmosfer
havasına atılan zərərli maddələrə
dair tələblərin
Avropa standartlarına uyğunlaşdırılması üzrə Tədbirlər
Planı" da təsdiq edilmişdir.
Tədbirlər Planında göstərilir
ki, müvafiq nazirlik və komitələr Azərbaycan
Respublikasının ərazisində
dövriyyəyə buraxılan
avtonəqliyyat vasitələrindən
atmosfer havasına atılan zərərli maddələrə dair texniki normativlərin hazırlanmasını və
təsdiq edilməsini;
BMT-nin Avropa
İqtisadi Komissiyası
tərəfindən avtonəqliyyat
vasitələrindən atılan
zərərli maddələrə
dair qəbul edilmiş Avropa standartlarına uyğun milli standartların hazırlanmasını və
təsdiq edilməsini;
Azərbaycan Respublikasının ərazisində
dövriyyəyə buraxılan
avtonəqliyyat vasitələrindən
atmosfer havasına atılan zərərli maddələrə dair
Avro-3 və daha yüksək Avropa ekoloji normalarına mərhələlərlə keçidlə
bağlı təkliflərin
hazırlanmasını və
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə
təqdim edilməsini;
Raritet (nadir) avtonəqliyyat vasitələrinin
Azərbaycan Respublikasının
ərazisinə idxal olunması və gömrük rəsmiləşdirilməsinə
dair qaydanın layihəsinin hazırlanmasını
və Azərbaycan Respublikasının Nazirlər
Kabinetinə təqdim
edilməsini 2010-cu ilin birinci yarımilliyi
ərzində təmin
etsinlər.
Bu Qərar imzalandığı gündən
qüvvəyə minir.
Nazirlər Kabinetinin
Mətbuat Xidməti
Azərbaycan. - 2010. - 10 mart.- S.1.